Paytaxtda və ətraf qəsəbələrdə müşahidə olunan intensiv leysan yağışları Masazırda da ənənəvi mənzərələrin yaranmasına səbəb olub.
Gündəm24.az xəbər verir ki, güclü yağıntılar nəticəsində qəsəbənin əsas yollarını su basıb, nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.
Hər güclü yağış zamanı eyni problemlə üzləşən Masazır sakinləri yollarda yaranan dərin gölməçələr səbəbindən çətinliklə üzləşiblər.
Avtomobillər su basmış küçələrdə hərəkət etməkdə çətinlik çəkib, ərazidə sıxlıq müşahidə olunub.














