Kəlbəcərdə minaya düşən 73 yaşlı Kamran Süleymanovun müalicəsi Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasında davam etdirilir.
Gündəm24.az xəbər verir ki, bunu Teleqraf-a Kamran Süleymanovun oğlu Rəşid Süleymanov məlumat verib.
O, atasının ayağının amputasiya olunacağını bildirib:
“Atamın müalicəsi davam edir. Sağ ayağı amputasiya olunmalıdır. Hələlik əməliyyat edilməyib. Hadisə Sarıyataq adlanan ərazidə baş verib. Atam orada təsərrüfatla məşğul olurdu”.
Hadisə ilə əlaqədar DİN, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.














