Cümə, Oktyabr 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiyaların artımı ilə bağlı mühüm xəbər – 1176 manat həddi

02/10/2026 09:54
CƏMİYYƏT
832 8
Pensiyaların artımı ilə bağlı mühüm xəbər – 1176 manat həddi
696
Paylaşım sayı
966
Baxış sayı

Azərbaycanda pensiyaların indeksasiyası ilə bağlı yeni mexanizm hazırlanır. Təklif edilən dəyişikliyə əsasən, 2027-ci ildən pensiyası ölkə üzrə orta aylıq əməkhaqqından yüksək olan şəxslərin pensiyasının həmin məbləğdən yuxarı hissəsinə 0,2-0,5 əmsallarının tətbiqi nəzərdə tutulur.

Yeni mexanizm pensiyaların artımına real olaraq necə təsir göstərəcək?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, təklif olunan mexanizmə əsasən, pensiyanın ölkə üzrə orta aylıq nominal əməkhaqqı (hazırda 1176,7 manat) qədər olan hissəsi əvvəlki qaydada tam indeksasiya ediləcək:

“Yalnız bu məbləği aşan hissəyə daha aşağı əmsal tətbiq olunacaq. Hazırkı məlumata görə, pensiyaçıların 90 faizdən çoxunun pensiyası 1176,7 manatdan aşağıdır. Layihədə nəzərdə tutulan mexanizmə əsasən, bu şəxslərin pensiyasının indeksasiyasına yeni əmsallar tətbiq edilməyəcək. 1176,7 manatdan yüksək pensiya alan şəxslərdə isə əmsal bütün pensiyaya deyil, yalnız həmin həddi aşan hissəyə tətbiq olunacaq. Məsələn, 1300 manat pensiya alan şəxsin pensiyasının yalnız 123,3 manatlıq hissəsi yeni əmsalın tətbiq dairəsinə düşür. Buna görə də əmsalın 0,2 olması belə pensiyanın ümumi artımını aradan qaldırmır, sadəcə əvvəlki qayda ilə müqayisədə artım məbləğini azaldır. Beləliklə, yüksək pensiya alan şəxsin nominal pensiyası yenə artır, lakin tam indeksasiya halı ilə müqayisədə daha aşağı templə. Pensiya məbləği yüksəldikcə, tam indeksasiya ilə yeni mexanizm arasındakı fərq də artır”.

Professor bildirib ki, pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsipləri ilə uyğunluğunun qorunması və təkmilləşdirilməsi vacibdir:

“Prinsip etibarilə, gələcəkdə əmsalların dəyişdirilməsi mümkündür. Çünki söhbət qanunvericiliklə müəyyən ediləcək mexanizmdən gedir və qanun layihəsi təsdiqlənməyib. Buna görə də 0,2 və 0,5 rəqəmlərini gələcək illər üçün dəyişməz parametr kimi qəbul etmək düzgün olmaz”.

R.Sabir vurğulayıb ki, gələcəkdə bütün pensiyaçılar üçün fərqli indeksasiya mexanizminə keçid də hüquqi baxımdan mümkündür:

“Bunun üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Hazırda qanunun 29-cu maddəsində pensiyaların indeksasiyası qaydası müəyyən edilir və mövcud mexanizm orta aylıq nominal əməkhaqqının artım tempinə əsaslanır. Ümumilikdə, təklif olunan dəyişiklik pensiyaların nominal məbləğinin azaldılmasını deyil, orta aylıq əməkhaqqından yüksək pensiyaların həmin həddi aşan hissəsinin daha aşağı əmsalla indeksasiya olunmasını nəzərdə tutur. Buna görə də mexanizmin əsas təsiri yüksək pensiya alanların gələcək artım tempinin tam indeksasiya ilə müqayisədə aşağı düşməsində ifadə olunacaq”.

Oxşarxəbərlər

Tez-tez “Morqat” Edən Sürücülərin NƏZƏRİNƏ: CƏRİMƏSİ VAR
Manşet

Tez-tez “Morqat” Edən Sürücülərin NƏZƏRİNƏ: CƏRİMƏSİ VAR

16/10/2026 00:23
966
10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir – Foto
CƏMİYYƏT

10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir – Foto

15/10/2026 22:45
951
Azərişıq və Azərenerji Ödənişləri İlə Bağlı YENİ QAYDA
Manşet

Azərişıq və Azərenerji Ödənişləri İlə Bağlı YENİ QAYDA

15/10/2026 19:38
952
Dəmiryol Vağzalında izdiham – Qatarlar gecikir
CƏMİYYƏT

Dəmiryol Vağzalında izdiham – Qatarlar gecikir

15/10/2026 19:32
954
Saat 23:00-dan dəyişir: Qərar verildi
CƏMİYYƏT

Saat 23:00-dan dəyişir: Qərar verildi

15/10/2026 17:29
951
Xalq artistimizlə bağlı ÜZÜCÜ XƏBƏR
Manşet

Xalq artistimizlə bağlı ÜZÜCÜ XƏBƏR

15/10/2026 16:19
978

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tez-tez “Morqat” Edən Sürücülərin NƏZƏRİNƏ: CƏRİMƏSİ VAR

Tez-tez “Morqat” Edən Sürücülərin NƏZƏRİNƏ: CƏRİMƏSİ VAR

16/10/2026 00:23
966
Moskva Paşinyana Sərt Şərtlərini Açıqladı

Moskva Paşinyana Sərt Şərtlərini Açıqladı

16/10/2026 00:01
961
Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

15/10/2026 23:35
966
Elza başına quş yumurtası qoydu-FOTO

Elza başına quş yumurtası qoydu-FOTO

15/10/2026 23:22
962

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
961

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
977

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
977

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
987

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.