Çərşənbə, İyun 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident təqaüdü kimlərə və nə qədər verilir? (SİYAHI)

11/05/2026 10:46
CƏMİYYƏT
44 3
Prezident təqaüdü kimlərə və nə qədər verilir? (SİYAHI)
59
Baxış sayı

Azərbaycan Respublikasında müxtəlif kateqoriyalardan olan vətəndaşlara aylıq Prezident təqaüdləri ödənilir.

 

Gündəm24.az  xəbər verir  ki, modern.az saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarına istinadən aylıq Prezident təqaüdlərinin məbləğini və kimlərə verildiyini dəqiqləşdirib. Onları diqqətinizə təqdim edirik:

 

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə – 2200 manat.

 

Əgər “Vətən Müharibəsi Qəhrəmanı” adı ölümündən sonra verilibsə və ya həmin ad verilmiş şəxs sonradan vəfat edibsə, Prezidnt təqaüdü onun aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

– dul arvadına (ərinə);

– valideynlərinə;

– 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

– birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.

 

“Milli Qəhrəman” adı verilmiş hər bir şəxs üçün – 2000 manat.

 

Əgər “Milli Qəhrəmanı” adı ölümündən sonra verilibsə və ya həmin ad verilmiş şəxs sonradan vəfat edirsə, Prezident təqaüdü onun aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

– dul arvadına (ərinə);

– valideynlərinə;

– 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

– birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.

 

“20 Yanvar şəhidi” ailəsinə – 700 manat.

 

Birinci və İkinci Qarabağ müharibəsi dövründə şəhid olan hərbçi və mülki şəxslərin ailəsinə – 700 manat.

 

Bu vəsait şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:

– arvadına (ərinə);

– valideynlərinə;

– 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;

– uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

– qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

 

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – 1700 manat.

 

Bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi təsis edilib və 500 nəfər üçün müəyyən edilib.

 

“Xalq” fəxri adına görə təqaüd – 300 manat

 

Bu təqaüd xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün ayrılıb.

 

“Əməkdar” fəxri adına görə təqaüd – 200 manat.

 

Bu təqaüd əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisinə verilir.

 

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezident təqaüdü

 

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Averilənı Prezidentin aylıq təqaüdünün məbləğləri aşağıdakı kimidir:

 

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

 

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

 

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat.

 

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) – 330 manat.

 

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) – 250 manat.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) – 700 manat.

 

Təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların aşağıdakı ailə üzvlərinə təyin edilir:

– valideynlərinə;

– dul arvadına.

 

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə – 120 manat.

 

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, əlilliyi olan uşaqlarınailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.

 

Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların hər birinə görə ödənilir.

 

Qarabağ müharibəsi veteranlarına – 80 manat.

 

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə – 350 manat.

 

Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə

 

– elmlər doktoru elmi dərəcəsinə görə – 500 manat;

– fəlsəfə doktoru elmi dərəcəsinə görə – 300 manat;

Oxşarxəbərlər

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama
CƏMİYYƏT

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

23/06/2026 23:30
53
Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq
CƏMİYYƏT

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

23/06/2026 22:23
53
“WhatsApp”da mesajlar artıq bu üsulla göndəriləcək
CƏMİYYƏT

“WhatsApp”da mesajlar artıq bu üsulla göndəriləcək

23/06/2026 21:59
55
Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı
CƏMİYYƏT

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı

23/06/2026 21:55
52
Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı
CƏMİYYƏT

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı

23/06/2026 21:55
53
Bakı sakinlərinə XƏBƏRDARLIQ – Bu gün 23:00-dan…
CƏMİYYƏT

Bakı sakinlərinə XƏBƏRDARLIQ – Bu gün 23:00-dan…

23/06/2026 21:24
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

23/06/2026 23:30
53
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28
54
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28
54
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
88

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.