Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qarabağ səfəri: Zəfərin yaratdığı yeni həyat və quruculuq mənzərəsi-(FOTOLAR+VİDEO)

10/08/2026 16:00
CƏMİYYƏT, Manşet, Özəl, Qərbi Azərbaycan
818 35
Qarabağ səfəri: Zəfərin yaratdığı yeni həyat və quruculuq mənzərəsi-(FOTOLAR+VİDEO)
706
Paylaşım sayı
980
Baxış sayı

Gündəm24.az-ın əməkdaşları Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin təşkilatçılığı ilə Qarabağa səfər ediblər.
Gündəm24.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə yalnız şəhərlər və kəndlər deyil, bütövlükdə yeni həyat qurulur. Torpaqlarda görülən genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri insanda böyük qürur və xoş təəssürat yaradır.

Səfər zamanı Xankəndidə müşahidə olunan mənzərə xüsusilə diqqət çəkir. Vaxtilə müharibənin, dağıntıların və işğalın izlərini daşıyan ərazilərdə bu gün yeni binalar ucalır, yollar salınır, infrastruktur yenilənir, şəhərin siması dəyişir. Xankəndidə aparılan quruculuq işləri burada həyatın yenidən canlandığını, şəhərin gələcəyə doğru inamla addımladığını göstərir.

Şuşada isə insanı tamam başqa bir hiss qarşılayır. Azərbaycanın mədəniyyət paytaxtında aparılan bərpa və yenidənqurma işləri tarixi irsin qorunması ilə müasir inkişafın vəhdətini nümayiş etdirir. Şuşanın küçələrində, tarixi məkanlarında, yenilənən infrastrukturunda Azərbaycan dövlətinin bu şəhərə göstərdiyi diqqət və qayğını aydın şəkildə görmək mümkündür.

Ən böyük təəssürat yaradan məqamlardan biri isə azad olunmuş torpaqlarda insanların əhval-ruhiyyəsidir. Burada həyatın yalnız bərpa edilmədiyini, insanların gələcəyə ümidlə baxdığını görmək mümkündür. İnsanların doğma torpaqlara qayıdışı, qurulan yeni evlər, açılan yollar, məktəblər, sosial obyektlər və yaradılan imkanlar Qarabağın yeni tarixinin yazıldığını göstərir.

Bu torpaqlarda olmaq insanda yaşamaq, işləmək, yaratmaq və gələcəyə daha böyük inamla baxmaq hissini gücləndirir. Çünki Qarabağda aparılan işlər təkcə tikinti və abadlıqdan ibarət deyil. Burada bir xalqın öz torpaqlarına qayıdışı, milli iradənin, dövlət gücünün və Zəfərin nəticələri özünü göstərir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğı bu prosesin əsas istiqamətlərindən biridir. Qarabağın və Şərqi Zəngəzurun bərpasına dövlət səviyyəsində göstərilən böyük diqqət nəticəsində bu ərazilərdə qısa müddətdə genişmiqyaslı layihələr həyata keçirilir.

Bu gün Qarabağda gördüklərimiz bir daha sübut edir ki, Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməyib, həm də həmin torpaqlarda yeni və müasir həyat qurur. Dağıntıların yerini quruculuq, boşluğun yerini həyat, ümidsizliyin yerini isə inam və gələcəyə baxış tutur.

Qarabağda keçirilən hər tədbir, atılan hər addım, tikilən hər bina və salınan hər yol Azərbaycan xalqının Zəfərinin davamıdır. Bu torpaqlarda insanların üzündəki təbəssüm, doğma yurda qayıdışın yaratdığı sevinc və gələcəyə olan inam xüsusi hisslər doğurur. Bu səfər bir daha göstərdi ki, qalib xalqın quruculuq əzmi də böyükdür. Azərbaycan xalqı həm Zəfər qazanmağı, həm də Zəfərdən sonra qurmağı və yaratmağı bacaran xalqdır. Qarabağ bu gün yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın gələcəyinin ən parlaq səhifələrindən birinə çevrilir.

Bu səfərdən ayrılarkən bir həqiqət daha aydın görünür: Azərbaycan artıq yalnız keçmişini bərpa etmir, həm də gələcəyini öz əlləri ilə qurur. Gün gələcək bu abadlıq quruculuq Qərbi Azərbaycan torpaqlarında da başlayacaq, gün gələcək bu binalar Qərbi Azərbaycanın rayon və kəndlərindədə ucaldılacaq, gün gələcək bu salınan yollar Qərbi Azərbaycana gedən yollarla birləşəcək. Bu torpaqlarda formalaşan yeni həyat təkcə bir regionun deyil, bütöv bir xalqın yenilməz iradəsinin təcəssümüdür.

Zəfərdən doğan bu quruculuq ruhu Azərbaycanı daha güclü, daha dayanıqlı və daha parlaq sabahlara aparır. Qarabağ isə artıq yalnız azad edilmiş torpaq deyil — o, qayıdışın, dirçəlişin və əbədi inkişafın rəmzidir.

Gündəm24.az

 

Oxşarxəbərlər

Sevgilisi həbs olunan müğənni səhnədə şou göstərdi – VİDEO
Manşet

Sevgilisi həbs olunan müğənni səhnədə şou göstərdi – VİDEO

26/10/2026 12:46
951
Aparıcı Günel Həsənzadə ilə bağlı iddialara son qoydu
CƏMİYYƏT

Aparıcı Günel Həsənzadə ilə bağlı iddialara son qoydu

26/10/2026 12:01
952
CƏMİYYƏT

Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur

26/10/2026 11:40
951
Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

26/10/2026 10:45
954
Azərbaycan XİN Avstriyanı təbrik etdi
Manşet

Azərbaycan XİN Avstriyanı təbrik etdi

26/10/2026 10:39
953
Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama
CƏMİYYƏT

Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

26/10/2026 10:20
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sevgilisi həbs olunan müğənni səhnədə şou göstərdi – VİDEO

Sevgilisi həbs olunan müğənni səhnədə şou göstərdi – VİDEO

26/10/2026 12:46
951
Aparıcı Günel Həsənzadə ilə bağlı iddialara son qoydu

Aparıcı Günel Həsənzadə ilə bağlı iddialara son qoydu

26/10/2026 12:01
952

Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur

26/10/2026 11:40
951
Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

26/10/2026 10:45
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
955

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
992

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.