Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Quru sərhədlərlə bağlı SON DƏQİQƏ xəbəri – Baş nazirin açıqlaması…

13/03/2026 12:58
CƏMİYYƏT
837 17
Quru sərhədlərlə bağlı SON DƏQİQƏ xəbəri – Baş nazirin açıqlaması…
707
Paylaşım sayı
982
Baxış sayı

Son illər Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması ölkə daxilində ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalır. Xüsusilə regionda baş verən siyasi və hərbi gərginliklər, təhlükəsizlik amilləri və miqrasiya riskləri bu qərarın səbəbləri barədə müxtəlif fikirlərin formalaşmasına gətirib çıxarıb. Cəmiyyətin bir hissəsi sərhədlərin açılmasının iqtisadi və sosial baxımdan vacib olduğunu düşünürsə, digər tərəf təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayır. Bu müzakirələr fonunda hökumət rəsmilərinin mövzu ilə bağlı açıqlamaları diqqətlə izlənilir.

Azərbaycanın Baş naziri Əli Əsədov quru sərhədlərlə bağlı məsələyə toxunaraq bildirib ki, son dövrlər regionda baş verən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu bir daha göstərir. Onun sözlərinə görə, bu qərar eyni zamanda dövlətin təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsidir.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatı zamanı səsləndirib. O qeyd edib ki, regionda baş verən proseslər dövlətin qəbul etdiyi qərarların nə qədər düşünülmüş olduğunu təsdiqləyir. Əli Əsədov vurğulayıb ki, quru sərhədlərlə bağlı mövcud yanaşma həm də ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir və təhlükəsizlik məsələləri bu qərarda əsas rol oynayır.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin bağlı saxlanılması məsələsi yalnız epidemioloji səbəblərlə izah olunmur və bu qərarın arxasında daha geniş təhlükəsizlik və geosiyasi faktorlar dayanır.

Onun sözlərinə görə, regionda son illərdə baş verən münaqişələr, qeyri-sabitlik və miqrasiya riskləri dövlətləri sərhəd siyasətinə daha həssas yanaşmağa məcbur edir:

“Azərbaycan Cənubi Qafqazda strateji mövqedə yerləşən ölkədir və regionda baş verən hər bir hadisə birbaşa ölkənin təhlükəsizlik gündəminə təsir edir. Azər Hüseynovun fikrincə, xüsusilə Yaxın Şərq və digər bölgələrdə baş verən qarşıdurmalar fonunda nəzarətsiz miqrasiya axınları ehtimalı da nəzərə alınmalıdır. Bu baxımdan quru sərhədlərin bağlı saxlanılması müəyyən dövr üçün təhlükəsizlik baxımından preventiv addım kimi qiymətləndirilə bilər. Sərhədlərin açılması məsələsi yalnız daxili tələbat və iqtisadi amillərlə müəyyən olunmur. Burada regional sabitlik, təhlükəsizlik riskləri, nəqliyyat və logistika imkanları, eləcə də dövlətin strateji maraqları nəzərə alınmalıdır. Quru sərhədlərin açılması ilə bağlı qərar yalnız bütün bu amillər nəzərə alındıqdan sonra verilə bilər”.

Ekspertin fikrincə, gələcəkdə quru sərhədlərin mərhələli şəkildə açılması istisna olunmur, lakin bunun üçün regionda təhlükəsizlik vəziyyətinin sabitləşməsi vacibdir. O qeyd edib ki, dövlət bu məsələni daim monitorinq edir və şərait uyğun olduqda müvafiq qərarların qəbul edilməsi mümkündür:

“Hazırkı mərhələdə əsas prioritet ölkənin təhlükəsizliyinin təmin edilməsidir. Sərhədlərin açılması və ya bağlı qalması məsələsi siyasi qərardır və bu qərar ilk növbədə dövlətin milli maraqları əsasında müəyyənləşdirilir. Bu baxımdan mövcud vəziyyət dəyişdikcə sərhədlərlə bağlı siyasətdə də yeni qərarların verilməsi gündəmə gələ bilər”.

Oxşarxəbərlər

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət
Manşet

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
963
ADY-də yeni təyinatlar oldu – FOTO
CƏMİYYƏT

ADY-də yeni təyinatlar oldu – FOTO

22/09/2026 22:10
955
Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

22/09/2026 21:25
956
“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır
CƏMİYYƏT

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

22/09/2026 20:29
962
Maştağadakı psixiatriya xəstəxanası bağlanır?
CƏMİYYƏT

Maştağadakı psixiatriya xəstəxanası bağlanır?

22/09/2026 20:08
955
Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI
CƏMİYYƏT

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI

22/09/2026 17:15
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
963
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
956
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.