İsrail ABŞ-dan belə bir müraciət daxil olacağı təqdirdə İrana qarşı yeni hərbi zərbələrdə iştirak etməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə New York Post (NYP) qəzeti İsrail hakimiyyətinin mövqeyi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, İsrail ABŞ-la həmrəy olduğunu artıq nümayiş etdirib.
“Biz ABŞ-la birlikdə olduğumuzu sübut etdik. ABŞ üçün İsrailin bu prosesdə iştirakı nə dərəcədə faydalı olacaq, buna əmin deyiləm. Lakin biz gücümüzü nümayiş etdirməli olduğumuzu anlayırıq”, – deyə mənbə bildirib.
NYP-yə danışan digər mənbə isə əlavə edib ki, ehtiyac yaranacağı və Vaşinqtondan müraciət ediləcəyi təqdirdə İsrail yenidən ABŞ-a dəstək verməyə hazırdır.














