Suriya Daxili İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə rəsmi səfəri zamanı şəhərdə baş verən terror aktlarının təşkilatçılarının saxlanıldığını elan edib. Nazirliyin yaydığı rəsmi məlumata görə, hücumların arxasında “İslam Dövləti” (İŞİD) terror təşkilatının gizli bir hücrəsi dayanıb.
Gündəm24.az xəbər verir ki, daxili qoşunların əməkdaşları və Suriya Ümumi Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi uğurlu əməliyyat nəticəsində terrorçu qruplaşmanın bütün üzvləri məhv edilib və ya saxlanılıb.
Əməliyyat dəqiq kəşfiyyat məlumatları əsasında hazırlanıb və paytaxt Dəməşq ilə yanaşı, onun ətraf ərazilərində eyni vaxtda bir neçə məkana edilən reydləri əhatə edib. Xüsusi təyinatlı qüvvələr Katifa, Sayda Zeynəb, Qudsiya və Urur rayonlarında müxtəlif hədəflərə qarşı hücumlar təşkil edib.
Nazirlikdən bildirilib ki, saxlanılan şəxslərin ilkin dindirilməsi və istintaqı davam edir. Rəsmi qurum bu terror şəbəkəsinin fəaliyyətinin bütün detallarını, eləcə də onların daxili və xarici əlaqələrini tam şəkildə üzə çıxarmağı qarşısına məqsəd qoyub.//nocomment.az














