Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rayonda 1, Bakıda 5 manata: Qiymət fərqinin sirri açıldı

23/06/2026 17:33
CƏMİYYƏT
41 1
Rayonda 1, Bakıda 5 manata: Qiymət fərqinin sirri açıldı
53
Baxış sayı

Rayonlarda fermerlərin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının aşağı qiymətə satılmasına baxmayaraq, eyni malların Bakıda bir neçə dəfə baha təklif olunması illərdir müzakirə edilir. Bu qiymət fərqinin yaranmasında nəqliyyat və logistika xərclərinin, vasitəçilərin, yoxsa bazardakı digər amillərin daha çox rolu var? Bəs yerli məhsulun istehsalçıdan istehlakçıya qədər bahalaşmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, regionlarda yetişdirilən məhsulların Bakıda qat-qat baha satılması ilk baxışda sadə iqtisadi məsələ təsiri bağışlasa da, əslində bu, sistem səviyyəsində formalaşmış problemlərin nəticəsidir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

“Əsas səbəblərdən biri vasitəçilik zəncirinin həddindən artıq uzun olmasıdır. Fermer məhsulunu tarlada ucuz qiymətə satmağa məcbur qalır. Çünki onun soyuducu anbarlara, nəqliyyat imkanlarına və birbaşa satış kanallarına çıxışı məhduddur. Məhsul isə sonradan bir neçə vasitəçinin əlindən keçərək hər mərhələdə əlavə mənfəət marjası ilə bahalaşır. Nəticədə tarlada aşağı qiymətə satılan məhsul paytaxtda bir neçə dəfə yüksək qiymətə təklif olunur”.

İqtisadçı qeyd edib ki, digər mühüm amil logistika və infrastruktur çatışmazlığıdır.

“Soyuducu anbarların kifayət qədər olmaması səbəbindən məhsulun bir hissəsi tarlada yararsız vəziyyətə düşür  və ya dəyərindən aşağı qiymətə satılır. Bu vəziyyət fermeri məhsulu tez realizə etməyə məcbur edir, vasitəçilərə isə qiymət üstünlüyü qazandırır”.

A.Nəsirli bazarda şəffaflığın zəif olduğunu da vurğulayıb.

“Fermerlər əksər hallarda Bakı bazarlarında formalaşan real qiymətlər barədə dolğun məlumata malik olmurlar. Bu məlumat fərqindən istifadə edən vasitəçilər isə daha çox qazanc əldə edirlər.

Dövlət tərəfindən müəyyən layihələr və təşəbbüslər həyata keçirilsə də, bunlar problemin köklü həllinə gətirib çıxarmayıb. Çünki qiymət fərqini yaradan əsas mexanizmlər dəyişməz qalır və mövcud vasitəçilik sistemi müxtəlif maraqlar səbəbindən öz mövqeyini qoruyub saxlayır”.

Akif Nəsirlinin fikrincə, mövcud vəziyyət həm istehsalçıya, həm də istehlakçıya zərər vurur.

“Fermer öz əməyinin real qarşılığını ala bilmir, şəhər sakinləri isə yerli məhsulları yüksək qiymətə almağa məcbur qalırlar. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatının inkişafına mənfi təsir göstərərək kəndlərdən əhalinin axınına və idxaldan asılılığın artmasına səbəb ola bilər”.

Oxşarxəbərlər

“Space” televiziyasında YENİ TƏYİNAT
CƏMİYYƏT

“Space” televiziyasında YENİ TƏYİNAT

23/06/2026 18:35
54
Bu şəxslərə kompensasiya ödəniləcək – ŞAD XƏBƏR
CƏMİYYƏT

Bu şəxslərə kompensasiya ödəniləcək – ŞAD XƏBƏR

23/06/2026 18:17
54
Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM
CƏMİYYƏT

Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

23/06/2026 18:07
53
Yeni ödəniş metodları – POS terminallar ləğv olunacaq?
CƏMİYYƏT

Yeni ödəniş metodları – POS terminallar ləğv olunacaq?

23/06/2026 16:09
53
Bu hospitalın lisenziyası ləğv edildi — FOTO
CƏMİYYƏT

Bu hospitalın lisenziyası ləğv edildi — FOTO

23/06/2026 15:58
55
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
CƏMİYYƏT

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

23/06/2026 15:44
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü

Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü

23/06/2026 18:48
53
“Space” televiziyasında YENİ TƏYİNAT

“Space” televiziyasında YENİ TƏYİNAT

23/06/2026 18:35
54
Bu şəxslərə kompensasiya ödəniləcək – ŞAD XƏBƏR

Bu şəxslərə kompensasiya ödəniləcək – ŞAD XƏBƏR

23/06/2026 18:17
54
Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

23/06/2026 18:07
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
85

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
77

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
60

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In