Bazar ertəsi, Oktyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sabir Rüstəmxanlı Rafael Hüseynova töhmət verdirdi

11/12/2025 18:17
CƏMİYYƏT
815 25
Sabir Rüstəmxanlı Rafael Hüseynova töhmət verdirdi
696
Paylaşım sayı
966
Baxış sayı

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.

Gündəm24.az  APA-ya istinadla xəbər verir ki, MNTK üzvləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli məclisdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallarndan daxil olan müraciətlər müzakirə edib.

MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir.
Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Milli Məclisin Terminologiya Komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun Başqanı, partiya sədri və Xalq Şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir.

MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.

Rafael Hüseynovla bağlı məsələ partiyanın Siyasi Şurasında da müzakirə olunub. Siyasi Şura məsələnin Mərkəzi Nəzarət Təftiş Komissiyasında müzakirə olunaraq partiyadaxilində həllini tapdığını və uzun illər Azərbaycan siyasi sistemində monolitliyi ilə seçilən Vətəndaş Həmrəyliyi Partiyasının adının qalmaqalda hallanmasının yolverilməzliyini nəzərə alaraq bu məsələni qapanmış hesab edir. Eyni zamanda VHP-dən olan millət vəkili Rafael Hüseynova bundan sonra bu kimi məqamlarda partiya mənsubiyyətini diqqətə alması və bir daha belə hallara yol verilməməsi tapşırılıb.

Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq Milli Məclis sədrinin müavini seçilib. Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. Rafael Hüseynov Sabir Rüstəmxanlıya çıxış üçün ayrılan vaxtın başa çatdığını bildirib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. Sabir Rüstəmxanlı isə sözünün kəsilməsinə etirazını bildirib və bunu hörmətsizlik kimi dəyərləndirib: “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin özünüz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz” .

Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün “başqa gün” müraciət edə biləcəyini qeyd edib.

Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirmişdi ki, bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var. Ancaq Sabir Rüstəmxanlı Siyasi Şuranın iclasında Rafael Hüseynovla bağlı töhmət, inzibati cəza, partiyadan çıxarılma barədə qərar verilməsinə tərəfdar olmadığını söyləmişdi. Qeyd etmişdi ki, Rafael Hüseynovla uzun illər davam edən dostluqları var və bu məsələni də öz aralarında həll edərlər.

Rafael Hüseynov isə APA-ya açıqlamasında demişdi ki, dostluqda sədaqət limitsiz, toplantılarda reqlament çərçivəlidir və moderatoru olduğu konfransın da reqlamenti öncədən müəyyənləşdirilərək elan edilib. Eyni zamanda vurğulamışdı ki, Sabir Rüstəmxanlı ilə onillərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinə heç nə və heç kim mənfi təsir edə bilməz.

Oxşarxəbərlər

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq
Gündəm

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

18/10/2026 23:10
964
Münasibətlərdə güzəştə getməyən 4 bürc
Gündəm

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
971
Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı
Manşet

Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı

18/10/2026 11:36
978
Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?
CƏMİYYƏT

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

17/10/2026 21:58
956
Prezidentin qızlarından yeni FOTO
CƏMİYYƏT

Prezidentin qızlarından yeni FOTO

17/10/2026 21:39
954
2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR
CƏMİYYƏT

2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR

17/10/2026 20:34
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

18/10/2026 23:10
964
İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

18/10/2026 23:08
958
21 Yaşlı Gənc Bıçaqlandı

21 Yaşlı Gənc Bıçaqlandı

18/10/2026 21:06
961
Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

18/10/2026 21:01
972

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
967

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.