Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şad xəbər: Ödənişlərin 75 faizi silinir

08/10/2026 09:57
CƏMİYYƏT, Manşet
861 18
Şad xəbər: Ödənişlərin 75 faizi silinir
727
Paylaşım sayı
1k
Baxış sayı
Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər müəyyən şərtlərə cavab verdikləri halda mənfəət vergisində 75 faizlik güzəştdən yararlana bilərlər.

Gündəm24.az  “Yeni Sabah”-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müəyyən edilmiş tələblərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizi vergidən azad edilir.

Ümumiyyətlə, mənfəət vergisi müəssisələrin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə tətbiq olunan əsas vergilərdən biridir. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən, Azərbaycanda rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Marqarita pizza

Ümumi qaydada rezident müəssisələrin mənfəəti 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur. Lakin iqtisadiyyatın müəyyən sahələrinin inkişaf etdirilməsi, investisiyaların təşviqi, kiçik sahibkarlığın dəstəklənməsi və innovativ fəaliyyətlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif azadolma və güzəştlər nəzərdə tutulub.

2026-cı ildə mənfəət vergisinin hesablanması zamanı güzəştlərin düzgün tətbiqi xüsusi əhəmiyyət daşıyır. Belə ki, yalnız müəssisənin mikro sahibkarlıq subyekti olması güzəştdən yararlanmaq üçün hər zaman kifayət etmir. Müəyyən hallarda işçilərin sayı, sosial sığorta üzrə borcun olub-olmaması və digər tələblər də nəzərə alınır.

Mənfəət ümumi qaydada gəlirlərdən həmin gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra müəyyən edilir.

Məsələn, müəssisənin 2026-cı il ərzində gəlirləri 500 min manat, gəlirdən çıxılan xərcləri isə 400 min manat olarsa, onun mənfəəti 100 min manat təşkil edir. Bu halda 20 faiz dərəcə ilə mənfəət vergisi 20 min manat olacaq.

Lakin müəssisə qanunvericilikdə nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdirsə, ödəniləcək verginin məbləği əhəmiyyətli dərəcədə azalır.

Məsələn, “AA” MMC 2026-cı ildə 80 min manat mənfəət əldə edib və mikro sahibkarlıq subyekti olmaqla güzəştdən istifadə üçün müəyyən edilmiş şərtlərə cavab verir.

Bu halda mənfəətin 75 faizi, yəni 60 min manatı güzəşt olunur. Vergiyə cəlb edilən mənfəət 20 min manat təşkil edir. Bunun 20 faizi hesablandıqda ödəniləcək mənfəət vergisi 4 min manat olur.

Güzəşt tətbiq edilmədiyi halda isə müəssisə 16 min manat mənfəət vergisi ödəməli idi. Beləliklə, güzəşt nəticəsində müəssisənin vergi öhdəliyi 12 min manat azalır.

Oxşarxəbərlər

Bu avtobusların yolu DƏYİŞDİRİLDİ
CƏMİYYƏT

Bu avtobusların yolu DƏYİŞDİRİLDİ

09/10/2026 09:29
952
Bu yolla ÇOX BÖYÜK GƏLİR əldə edə bilərsiz — Gizli Reallıq
CƏMİYYƏT

Bu yolla ÇOX BÖYÜK GƏLİR əldə edə bilərsiz — Gizli Reallıq

09/10/2026 09:18
966
Pulunu banka qoymaq istəyənlər OXUSUN — Bu seçim daha çox qazandırır
CƏMİYYƏT

Pulunu banka qoymaq istəyənlər OXUSUN — Bu seçim daha çox qazandırır

09/10/2026 09:10
963
Milli Qəhrəmanın atası vəfat etdi – FOTO
Hadisə

Milli Qəhrəmanın atası vəfat etdi – FOTO

09/10/2026 09:08
952
Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR
CƏMİYYƏT

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

09/10/2026 09:05
952
İlham Əliyevin hesabında TRAMPLA BAĞLI PAYLAŞIM edildi — FOTO
Manşet

İlham Əliyevin hesabında TRAMPLA BAĞLI PAYLAŞIM edildi — FOTO

09/10/2026 09:04
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.