Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏKLİF: İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər

01/12/2025 18:51
CƏMİYYƏT
46 3
TƏKLİF: İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər
62
Baxış sayı

Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində bildirib ki, sertifikasiya imtahanlarında digər fənn müəllimləri ilə müqayisədə ən aşağı nəticələri ibtidai sinif müəllimləri göstərib. Bu məqam ibtidai sinif müəllimlərinin üzərinə düşən çoxşaxəli fənn yükünün nəticələrə təsir edib-etməməsi ilə bağlı suallar doğurur. Eləcə də müzakirə olunan digər bir məsələ ibtidai tədrisin bir müəllim əvəzinə müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllim tərəfindən həyata keçirilməsinin mümkün olub-olmaması ilə əlaqəlidir.

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı “Modern.az”a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, bu mövzu, əslində, təhsil sistemimizin uzun illərdir gizli qalan, amma bu gün açıq şəkildə müzakirəyə ehtiyacı olan bir nöqtəsidir.

“Nazirin qeyd etdiyi sertifikasiya nəticələrində ibtidai sinif müəllimlərinin daha aşağı bal toplaması tək bir səbəblə izah olunmur, amma burada ən önəmli amillərdən biri onların üzərinə düşən həddindən artıq fənn yüküdür. İbtidai sinif müəllimi həm Azərbaycan dili, həm riyaziyyat, həm həyat bilgisi, həm məntiq, həm də bacarıqyönümlü fəaliyyətləri təkbaşına aparır. Bu isə bir müəllimdən həm humanitar, eləcə də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir ki, bu da real deyil.

Dünya təcrübəsinə baxdıqda da görürük ki, bu model yalnız inkişaf etməkdə olan ölkələrə xasdır. Finlandiya, Estoniya, Sinqapur və Cənubi Koreya kimi təhsil nəticələri yüksək olan ölkələrdə ibtidai mərhələdə müəllimlər sahə üzrə ixtisaslaşır – yəni bir müəllim dili, digəri isə riyaziyyatı tədris edir. Bu yanaşma həm müəllimin dərs keyfiyyətini artırır, həm də şagirdlərin nəticələrinə müsbət təsir edir”.

Günay Əkbərova vurğulayıb ki, yerli təhsil sferasında ibtidai mərhələdə iki müəllim modelinin tətbiqi tamamilə mümkündür və əslində, uzunmüddətli perspektivdə də qaçılmaz görünür:

“Çünki müəllim öz güclü tərəfi üzrə dərs keçəndə həm daha rahat olur, eləcə də şagirdlər daha keyfiyyətli tədris alır. Riyaziyyat sistematik, ardıcıllıq tələb edən fəndir və xüsusi metodoloji hazırlıq istəyir. Azərbaycan dili isə tamam fərqli yanaşma, fərqli pedaqoji texnika tələb edir. Bir insanın hər iki sahədə eyni səviyyədə güclü olması nadir haldır. Burada məsələ müəllimin zəifliyi deyil, sistemin ondan qeyri-real gözləntiləridir. Əgər ibtidai tədris mərhələli şəkildə iki müəllim arasında bölünsə, iş yükü balanslaşar, müəllimin də, şagirdin də inkişafına xidmət edər. Bunun üçün əlbəttə ki, yeni iş bölgüsü, müəllim sayının yenidən hesablanması və ixtisaslaşma mexanizminin yaradılması lazımdır. Doğru planlanarsa, bu struktur dəyişikliyi ibtidai müəllimləri rahatlaşdırmaqla yanaşı, eyni zamanda tədrisin keyfiyyətini də yüksəldər”.

Oxşarxəbərlər

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…
CƏMİYYƏT

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
57
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
55
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
CƏMİYYƏT

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

17/06/2026 20:06
55
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…
CƏMİYYƏT

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…

17/06/2026 19:41
56
Bakıda yeni bazar fəaliyyətə başladı
CƏMİYYƏT

Bakıda yeni bazar fəaliyyətə başladı

17/06/2026 18:36
55
Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq
CƏMİYYƏT

Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq

17/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

17/06/2026 23:25
56
Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
57
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
55
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
57

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In