Toyuğun ən faydalı hissəsi hansıdır?
Toyuq gündəlik qidalanmada ən çox istifadə olunan məhsullar sırasındadır.Çox adam elə bilir ki, toyuğun bir hissəsi hamı üçün “ən yaxşıdır”.Əslində isə bu, sənin məqsədindən asılıdır.
Toyuq ətinin daha çox faydalı hissəsi ilə bağlı Oxu24.com-a danışan endokrinoloq Ayşən Eldar bir sıra maraqlı məlumatları da açıqlayıb.
Döş əti — ən çox protein, ən az yağ. Arıqlamaq və əzələ qorumaq istəyənlər üçün daha uyğundur.
Bud əti — daha ləzzətlidir, yağ miqdarı döş ətindən çoxdur. Enerji və toxluq hissi üçün yaxşı seçim ola bilər.
Baldır — nə çox yağlıdır, nə də çox quru. Daha balanslı variantdır.
Qanad — dadlıdır, amma yağı daha çoxdur. Xüsusilə qızardılmış halda kalorisi artır.
Toyuq ayağı — kollagenlə zəngindir, amma yağ miqdarı da nisbətən yüksək ola bilər.
Arıqlamaq istəyirsənsə — dərisiz döş əti daha uyğundur.
Daha çox dad, enerji və kalori istəyirsənsə — bud və baldır seçə bilərsən.
Əsas məsələ hissəni düzgün seçmək və bişirmə üsuluna fikir verməkdir.













