Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən yataqxanada acınacaqlı vəziyyət hökm sürür
Sumqayit24.az-a daxil olan məlumata görə, yataqxananın zirzəmisi çirkab sularla dolub, üfunət iyi isə binanın daxilinə yayılaraq sakinlər üçün ciddi narahatlıq yaradır.
Vətəndaşların sözlərinə əsasən, vəziyyət xüsusilə birinci mərtəbədə daha acınacaqlıdır. Belə ki, mətbəxin tavanının çökməsinin qarşısını almaq üçün taxta dirəklərdən istifadə edilir. Bundan əlavə, naqillər üstü açıq şəkildədir.
“Bina qəzalı vəziyyətdədir. Uşaqların da burada yaşadığını nəzərə alsaq, vəziyyət ikiqat təhlükəli olur. Əgər yataqxana söküləcəksə, sökülsün. Neçə illərdir sakinlər əziyyət çəkir”, – deyə şikayətçilər bildiriblər.
Sakinlər aidiyyəti qurumlardan problemlərin qısa zamanda həllini tələb edirlər.














