Bəzi internet resurslarının zərərli təsirlərindən qorunmaq məqsədilə müxtəlif məhdudiyyətlər tətbiq olunur. Belə hallarda istifadəçilər virtual özəl şəbəkələrdən – VPN xidmətlərindən istifadə edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsulun da müəyyən riskləri var.
Gündəm24.az xəbər verir ki, internetdə məhdudlaşdırılmış və ya bloklanmış saytlara giriş üçün istifadə olunan VPN proqramları son illərdə sürətlə yayılıb.
Ekspertlərin sözlərinə görə, nəzarətsiz və etibarsız VPN istifadəsi şəxsi məlumatların oğurlanmasına, kibertəhlükəsizlik risklərinə və hüquqi problemlərə səbəb ola bilər.













