Bazar, İyul 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ABŞ-də ssenari dəyişir: Trampın gizli məktubu üzə çıxdı – AÇIQLAMA

14/05/2026 14:06
Dünya
51 4
ABŞ-də ssenari dəyişir: Trampın gizli məktubu üzə çıxdı – AÇIQLAMA
70
Baxış sayı

ABŞ-də prezidentlik institutu və hakimiyyətin ötürülməsi mexanizmi hər zaman beynəlxalq diqqət mərkəzində olub. Son günlər isə ABŞ Prezidenti Donald Trampın prezidentlik müddəti başa çatmamış onu kimin əvəz edə biləcəyi ilə bağlı iddialar müzakirələr yaradıb. Məlumata görə, Tramp vitse-prezident Ceyms Devid Vens üçün xüsusi təlimatlar əks olunan məktub hazırlayıb. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastian Qorka “New York Post” nəşrinə müsahibəsində danışıb.

 

Maraqlıdır ki, ABŞ prezidentinin belə bir məktub hazırlaması hansı siyasi və hüquqi mesajları verir? Bu addım Tramp administrasiyasında mümkün risklər və ya hakimiyyətin ötürülməsi ssenariləri ilə bağlı ehtimalları gücləndirirmi?

 

Sfera.az-a bu haqda açıqlama verən politoloq Şəhla Cəlilzadənin sözlərinə əsasən, Trampın siyasi xətti çox zaman onun rəqibləri tərəfindən narazılıqla qarşılanıb və qarşısının alınması üçün müxtəlif hüquqauyğun və ya qeyri-qanuni üsullar istifadə edilib:

 

“Məsələn, 2019 və 2021-ci illərdə, yəni I prezidentliyi dövründə Trampa qarşı Demokrat konqresmenlər tərəfindən impiçment edilib. Nümayəndələr palatasının qərarı Senatda təsdiqlənmədiyi üçün nəticə verməsə də, Tramp Amerika tarixinə 2 dəfə impiçmentə məruz qalan prezident olaraq düşüb. Hətta ikinci impiçmentdə onun həbsinə dair qərar da yer alırdı, lakin yenə də Senat buna imkan verməyib”.

 

 

Ekspert Trampın 2024-cü il seçki kampaniyalarının isə qeyri-qanuni üsullarla məhv edilməyə çalışıldığını xatırladıb və ümumiyyətlə Trampın təhlükəsizliyinin maksimum təmin edildiyini vurğulayıb:

 

“Məsələn, Ağ Evin kontr-terrorizm üzrə baş direktoru Qorkanın qeyd etdiyi kimi, FBİ tərəfindən həyata keçirilən “Crossfire Hurricane”, “Arctic Frost” kod adlı əməliyyatlar, katoliklərin izlənilməsi və s. bütün bunlar qanuni hakimiyyətə kölgə salmağa xidmət edən qeyri-qanuni davranışlardır. Həmçinin Trampın dəfələrlə sui-qəsdə məruz qaldığını diqqətə çatdıran Qorka bu yaxınlarda jurnalistlərlə nahar yeməyində yaşanan insidenti xatırladıb. Qlobal riskli siyasəti onu ölkə daxilində də həssas siyasi fiqura çevirib. Odur ki, Qorka prezident Trampın hər ehtimala qarşı vitse-prezidentə fövqəladə hal davranışları ilə bağlı təlimat təqdim etdiyini deyib. Aydındır ki, Trampın təhlükəsizliyi maksimum təmin olunur. Xüsusilə Çin səfərində belə bir mesajın ötürülməsi diqqətəlayiqdir. Bu, onun böyük razılaşmalara imza atdığı lakin onları reallaşdırmağa gücü çatmadığı 2017-ci il səfərindən sonra, ilbəil böyüyən qlobal iqtisadi savaş fonunda yeni razılaşma əldə etmək ümidi ilə Çinə etdiyi ilk səfəridir. Odur ki, həm bu, həm İranla müharibə fonunda təhlükəsizlik qayğıları yenə ön plandadır. Həmçinin Trampın belə bir davranışı dərin dövlətçilik ənənələrinə xas ölkələrdə fövqəladə rejimdə hakimiyyətin davamiyyətinin qorunması mesajı olaraq da oxuna bilər”.

Oxşarxəbərlər

Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq
Dünya

Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq

18/07/2026 21:12
56
Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı
Dünya

Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı

18/07/2026 20:55
53
Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək
Dünya

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18/07/2026 18:44
55
Azan səsinə görə təyyarə təcili eniş etdi
Dünya

Azan səsinə görə təyyarə təcili eniş etdi

18/07/2026 18:30
54
Zelenski Baş Komandanın istefasını nəzərdən keçirir
Dünya

Zelenski Baş Komandanın istefasını nəzərdən keçirir

18/07/2026 16:08
53
Kadırov NATO-ya müharibə elan etdi
Dünya

Kadırov NATO-ya müharibə elan etdi

18/07/2026 14:35
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

ADY-nin növbəti uğursuzluğu: Bu dəfə görün nə etdilər

ADY-nin növbəti uğursuzluğu: Bu dəfə görün nə etdilər

18/07/2026 21:28
53
Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq

Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq

18/07/2026 21:12
56
Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı

Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı

18/07/2026 20:55
53
Kimin ölüsü varsa, gətirib tullayır buraya

Kimin ölüsü varsa, gətirib tullayır buraya

18/07/2026 19:56
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

17/07/2026 10:18
66

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
71

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
62

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.