Liviya Baş naziri Əbdülhəmid Dibeybe təyyarədəkilərin həlak olduğunu açıqlayıb.
“Liviya Baş Qərargah rəisi Məhəmməd Haddad və onun müşayiət edən generallar Türkiyədən qayıdarkən baş vermiş faciəli və kədərli bir qəzada həyatlarını itiriblər”, – Liviya Baş naziri bildirib.
Açıqlamada qeyd olunub ki, təyyarədə Baş Qərargah rəisi Əl-Həddadla yanaşı, Quru Qoşunları Komandanı general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesi İdarəsinin rəisi briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da olub.
Axtarış-xilasetmə qruplarının apardığı əməliyyatlar nəticəsində Liviyanın Baş Qərargah rəisini və onu müşayiət edən nümayəndə heyətini daşıyan xüsusi jetin qalıqları tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Hazırda ərazidə işlər davam etdirilir.
23:12
Liviyanın Baş Qərargah rəsinin olduğu təyyarə Ankarada qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, Türkiyə DİN məlumatı təsdiqləyib.
Məlumata görə, təyyarə Tripoli istiqamətində uçarkən havalandıqdan qısa müddət sonra baş verib.
Hadisə zamanı təyyarədə 5 nəfər olub.
Qeyd edək ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

23:04
Ankarada xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Təyyarədə Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əli ƏhmƏd Əl-Həddadın olduğu bildirilir.














