Ajans.az Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər verir ki, hava limanları yalnız əvvəlcədən razılaşdırılmış reysləri qəbul edir və yola salır.
Məhdudiyyətlər yerli vaxtla Vnukovo hava limanında saat 07:29-da, Domodedovoda 07:28-də, Jukovskidə isə 08:35-də qüvvəyə minib.
Məhdudiyyətlərin səbəbi barədə əlavə məlumat verilməyib.
Bundan əvvəl isə Rusiyaya məxsus sərnişin təyyarəsi sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən Urals bölgəsində yerləşən hava limanına planlaşdırılmamış eniş edib. Təyyarə heyəti sərnişinə tibbi yardım göstərilməsi üçün marşrutu dəyişmək qərarına gəlib.
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.