Konqo Demokratik Respublikasında yayılan yeni Ebola epidemiyası nəticəsində 65 nəfər ölüb, virusa yoluxduğu ehtimal edilən 246 nəfər isə nəzarətə götürülüb.
Gündəm24.az xəbər verir ki, səhiyyə qurumları təcili iclas keçirərək profilaktik tədbirləri gücləndirib.
Aparılan 20 testdən 13-ü müsbət çıxıb, hazırda virusun ştamını müəyyənləşdirmək üçün genetik analizlər davam edir. Mütəxəssislər infeksiyanın digər ölkələrə yayılma riskindən narahatdırlar. Milli.az














