Ajans.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar iyulun 1-də yerli vaxtla saat 08:40-da (Bakı vaxtı ilə 03:40) baş verib. Zəlzələnin maqnitudası 5,1 olub və seysmoloqlar tərəfindən orta dərəcədə dağıntılara səbəb ola biləcək gücdə qiymətləndirilib.
Zəlzələnin episentri Kyuşu adasında, Kadoqava şəhərindən 14 kilometr cənub-qərbdə, Miyazaki prefekturasının Nobeoka şəhərindən isə 24 kilometr məsafədə yerləşib. Ocaq 42 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda xəsarət alanlar və ya dağıntılar barədə rəsmi məlumat yoxdur.
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.