Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

30/06/2026 23:18
Dünya
828 17
Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər
699
Paylaşım sayı
971
Baxış sayı

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regionda baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Mövcud vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi, gərginliyin artıb-artmayacağı isə ən çox müzakirə olunan məsələlərdən biridir.

İranla ABŞ arasında nə hərb, nə sülh vəziyyətidir. İndən sonra proseslər hara istiqamət götürəcək? Müharibə ehtimalı çoxdur?
Gündəm24.az  xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sahil Kərimli ABŞ-İran və İran-İsrail qarşıdurması fonunda əməliyyatların yenidən başlaması və tərəflərin bir-birinə qarşı dağıdıcı zərbələr endirməsinin bu gün də real təhlükə olaraq qaldığını bildirib:
“Çünki proses son dərəcə həssas və kövrəkdir. Tərəflərin bir-birinə qarşı səsləndirdiyi ağır ittihamlar, ABŞ-ın İrana irəli sürdüyü tələblər, eyni zamanda İranın Vaşinqtondan gözləntiləri və şərtləri gərginliyi daha da artırır və danışıqları mürəkkəb mərhələyə daşıyır. Hazırda İran və ABŞ arasında aparılan danışıqlarda Pakistanın fəal mövqeyini xüsusilə qeyd etmək lazımdır. Pakistan, eləcə də digər regional və beynəlxalq aktorlar çalışırlar ki, tərəflər arasında münasibətlər normallaşsın və uzunmüddətli sabitliyə xidmət edəcək razılaşma əldə olunsun”.
Politoloqun fikrincə, hazırkı danışıqlar prosesində müəyyən məsələlər üzrə İranın mövqeyinin nisbətən gücləndiyi müşahidə olunur:
“Son günlər İran rəhbərliyinin və rəsmi dövlət qurumlarının açıqlamalarından görünür ki, uzun illər tətbiq edilmiş iqtisadi sanksiyaların yumşaldılması, Qətərdə dondurulmuş milyardlarla dollar vəsaitin bir hissəsinin İrana qaytarılması, eləcə də nüvə proqramı ilə bağlı müzakirələr danışıqların əsas mövzuları sırasındadır. İran uzun illər iqtisadi sanksiyaların yaratdığı ağır sosial və iqtisadi problemlərlə üzləşdiyindən, bu istiqamətdə əldə olunacaq güzəştlər onun üçün ciddi əhəmiyyət daşıyır. Digər tərəfdən, ABŞ üçün əsas prioritet İranın uranı zənginləşdirməsinin məhdudlaşdırılması, nüvə silahı əldə etmək imkanlarının qarşısının alınması və Hörmüz boğazında təhlükəsizlik balansının Vaşinqtonun maraqlarına uyğun qorunmasıdır. Eyni zamanda, ABŞ bu strateji su hövzəsində öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışır”.
S.Kərimlinin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, tərəflər danışıqları tam dayandırmaq əvəzinə, onları müəyyən qədər ləngidərək daha əlverişli mövqe qazanmağa və siyasi üstünlük əldə etməyə çalışırlar:
“Lakin bu, kifayət qədər riskli strategiyadır. Çünki hər hansı kiçik insident və ya yanlış hesablanmış addım vəziyyətin yenidən hərbi müstəviyə keçməsinə səbəb ola bilər. Hesab edirəm ki, hazırkı mərhələdə İsrail İrandan təhlükəsizlik sahəsində gözlədiyi nəticələri tam əldə edə bilmir. İsrailin regional təhlükəsizliklə bağlı iddiaları və tələbləri kifayət qədər genişdir və bu da Tehranın sərt reaksiyasına səbəb olur. İran isə öz növbəsində yalnız milli maraqlarını deyil, regiondakı müttəfiqləri və dəstəklədiyi qüvvələrin maraqlarını da nəzərə alır. Buraya Livan, HƏMAS və Fələstin məsələləri də daxildir. Tehran bu istiqamətlərdə də siyasi və geosiyasi üstünlüklər əldə etməyə çalışır. Bütün bunları nəzərə aldıqda, prosesin hansı istiqamətdə inkişaf edəcəyini qəti şəkildə proqnozlaşdırmaq çətindir. Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, hər an gərginlik yenidən arta, müharibə riski aktuallaşa və bölgədə genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlaya bilər”.

Oxşarxəbərlər

İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Dünya

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21/09/2026 23:22
956
“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham
Dünya

“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham

21/09/2026 23:04
958
Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı
Dünya

Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı

21/09/2026 22:49
958
ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…
Dünya

ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…

21/09/2026 22:19
1k
Serdar Ortaç vəsiyyətini açıqladı
Dünya

Serdar Ortaç vəsiyyətini açıqladı

21/09/2026 21:53
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.