Rusiyanın “Rossiya-1” telekanalı Azərbaycana qarşı növbəti təxribat törədib. Televiziyanın efirində vaxtilə Qarabağdan qaçmış hərbi cinayətkarla müsahibə verilib. Hazırda Ukraynaya qarşı döyüşən cinayətkarın yaxasındakı keçmiş separatçı rejimin rəmzi iri planda efirdə göstərilib.
Gündəm24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Vüsal Məmmədov paylaşım edib.
“Bu cür təxribatlarla Rusiya nəyə nail olmaq istəyir – özü bilər. Amma o separatçı tör-töküntülərinə boşuna ümid bağlamasın. Onlar döyüşə bilsəydilər, elə Qarabağda döyüşər, dabanlarına tüpürüb, aradan çıxmazdılar”, – o yazıb.
Qeyd edək ki, söhbət Ukraynaya qarşı vuruşan “Arbat” erməni batalyonundan gedir. Azərbaycana qarşı vaxtilə döyüşmüş separatçılardan bəziləri hazırda pul qarşılığında “Arbat” batalyonuna qoşulub.//bakupost.az













