Polşa Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının müəllifliyinə şübhə ilə yanaşdığını açıqlayıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Bəzi qeydlərimiz olsa da, Avropa, Kanada və Yaponiya liderləri ilə birlikdə 28 maddədən ibarət plan üzərində işləməyə hazır olduğumuzu bildirdik. Lakin işə başlamazdan əvvəl yaxşı olardı ki, planın müəllifi kimdir və harada hazırlanıb, bunu dəqiq bilək”,- o bildirib.
Qeyd edək ki, mediada yayılan iddialara görə, plan rusiyalılar tərəfindən hazırlanıb. Amma ABŞ dövlət katibi Marko Rubio bu versiyanı təkzib edib. O, sənədin Vaşinqtona aid olduğunu bildirib.














