Cümə, İyul 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir

03/07/2026 09:31
Dünya
40 3
Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir
54
Baxış sayı

Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı verəcəyi istənilən qərar ölkəni yeni siyasi böhrana sürükləyəcək

Ermənistan iyulun 4-ü ərəfəsində son illərin ən kritik siyasi günlərindən birini yaşayır. Bu gün Konstitusiya Məhkəməsinin 7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı verəcəyi qərar təkcə hüquqi sənəd olmayacaq, həm də ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək dönüş nöqtəsinə çevrilə bilər.

Gündəm24.az  erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda həm hakimiyyət, həm müxalifət, həm də beynəlxalq müşahidəçilər bütün diqqətlərini Konstitusiya Məhkəməsinə yönəldiblər. Qərarın açıqlanmasından dərhal sonra ölkədə etiraz aksiyalarının başlanması, siyasi qarşıdurmanın kəskinləşməsi və hətta yeni parlament seçkilərinin gündəmə gəlməsi ehtimalı istisna edilmir.

Picture backgroundMəlumdur ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan 7 siyasi qüvvə Konstitusiya Məhkəməsinə müraciət edərək səsvermənin nəticələrinin ləğvini tələb edib.

Onların arasında Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, Samvel Karapetyanın “Güclü Ermənistan” bloku, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və digər müxalif siyasi təşkilatlar yer alır.

Müxalifət hesab edir ki, seçki prosesində çoxsaylı qanun pozuntuları baş verib, bəzi seçki məntəqələrində nəticələr düzgün hesablanmayıb və Mərkəzi Seçki Komissiyası bütün şikayətləri obyektiv araşdırmayıb.

Xüsusilə “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşməsi üçün cəmi 200-ə yaxın səs çatışmayıb. Partiya iddia edir ki, üç seçki məntəqəsində təkrar səsvermə keçirilsəydi, nəticə tamamilə fərqli ola bilərdi.

Konstitusiya Məhkəməsinin qarşısında isə dörd seçim var.

Picture backgroundQanunvericiliyə görə, məhkəmə aşağıdakı qərarlardan birini qəbul edə bilər:

Mərkəzi Seçki Komissiyasının nəticələrini qüvvədə saxlamaq; seçkilərin nəticələrini tam etibarsız elan etmək; mandat bölgüsünü dəyişərək nəticələri qismən yenidən hesablatdırmaq;
və ya ikinci tur seçkilərin keçirilməsinə qərar vermək. Hər bir qərar ölkədə fərqli siyasi proseslərə səbəb olacaq.

Siyasi ekspertlərin əksəriyyəti hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tam şəkildə ləğv etməsi ehtimalı yüksək deyil. Bunun əsas səbəbi məhkəmənin hazırkı tərkibinin böyük hissəsinin Nikol Paşinyanın hakimiyyəti dövründə formalaşdırılmasıdır. Son illərdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi mühüm qərarlar da müxalifət tərəfindən hakimiyyətin siyasi maraqlarına uyğun qiymətləndirilib.

Bu səbəbdən bir çox analitik hesab edir ki, məhkəmə nəticələri qüvvədə saxlaya və ya yalnız texniki xarakterli bəzi dəyişikliklərlə kifayətlənə bilər.

Maraqlıdır ki, seçkilərin ləğvi ilk baxışdan hakimiyyət üçün məğlubiyyət kimi görünsə də, bu ssenari Paşinyanın maraqlarına da uyğun ola bilər.

Bu barədə Rusiya ermənilərinin saytı yekramos.org yazıb. Bildirilir ki, Son seçkilərdən sonra hökumət parlament çoxluğunu qoruyub saxlasa da, konstitusiya çoxluğunu itirib. Bununla yanaşı, seçkilərin legitimliyi ətrafında yaranan mübahisələr hakimiyyət üzərində əlavə siyasi təzyiq formalaşdırıb. Əgər yeni seçkilər elan olunarsa, Paşinyan bunu “xalqın yenidən qərar verməsi” kimi təqdim etməyə çalışacaq. Hakimiyyət bu müddətdə müxalifətin parçalanmasından istifadə edə, siyasi gündəmi yenidən formalaşdıra və daha güclü nəticə əldə etməyə çalışa bilər.

Sayt yazır ki, bu baxımdan seçkilərin ləğvi avtomatik olaraq Paşinyanın məğlubiyyəti anlamına gəlmir.

Picture backgroundMüxalif qüvvələr artıq bir neçə gündür ki, tərəfdarlarını səfərbər edirlər. Konstitusiya Məhkəməsinin qərarından narazı qalacaqları təqdirdə genişmiqyaslı etiraz aksiyalarının başlanacağı barədə xəbərdarlıqlar səslənir.

İrəvanda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də məhz bununla əlaqələndirilir. Siyasi müşahidəçilər hesab edirlər ki, qərar hakimiyyətin xeyrinə olarsa, müxalifət seçkilərin legitimliyini tamamilə rədd edə və küçə mübarizəsinə üstünlük verə bilər.

Ermənistanda yaranacaq istənilən daxili siyasi böhran isə təkcə ölkənin daxilində deyil, bütün Cənubi Qafqazda proseslərə təsir göstərə bilər. Azərbaycan-Ermənistan sülh danışıqları, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regionda yeni geosiyasi balansın formalaşması birbaşa İrəvandakı siyasi sabitlikdən asılıdır. Hakimiyyət daxilində yaranacaq zəifləmə və ya yeni seçki prosesi Ermənistanın xarici siyasət qərarlarının qəbulunu ləngidə, regional layihələrin icrasını gecikdirə və ölkəni uzunmüddətli daxili siyasi mübarizə mərhələsinə sürükləyə bilər.//musavat.com

Oxşarxəbərlər

Rusiyada ermənilər “sıradan çıxdı” – yerini azərbaycanlılar tutur
Dünya

Rusiyada ermənilər “sıradan çıxdı” – yerini azərbaycanlılar tutur

03/07/2026 14:14
50
Gerasimov barəsində cinayət işi başlandı
Dünya

Gerasimov barəsində cinayət işi başlandı

03/07/2026 13:15
50
Paşinyan Pezeşkianla nə danışdı… – TƏFƏRRÜAT
Dünya

Paşinyan Pezeşkianla nə danışdı… – TƏFƏRRÜAT

03/07/2026 12:50
50
Xamenei son mənzilə yola salınır – VİDEO
Dünya

Xamenei son mənzilə yola salınır – VİDEO

03/07/2026 10:14
50
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış
Dünya

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
52
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış
Dünya

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiyada ermənilər “sıradan çıxdı” – yerini azərbaycanlılar tutur

Rusiyada ermənilər “sıradan çıxdı” – yerini azərbaycanlılar tutur

03/07/2026 14:14
50
Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

03/07/2026 13:52
51
İtkin şəhidlərimiz dəfn olundu – FOTOLAR

İtkin şəhidlərimiz dəfn olundu – FOTOLAR

03/07/2026 13:50
50
Gerasimov barəsində cinayət işi başlandı

Gerasimov barəsində cinayət işi başlandı

03/07/2026 13:15
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
63

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
71

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
60

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
104

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.