Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İran və ərəb mediasının yaydığı məlumatlara görə, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq ərazisinə kütləvi zərbələr endirib.
Gündəm24.az xəbər verir ki, Küveyt hava limanının hədəf alındığı və orada aviasiya yanacağı çənlərinin yandığı bildirilir.
Eyni vaxtda BƏƏ-nin Dubay şəhərində və Səudiyyə Ərəbistanındakı bir sıra mülki infrastruktur obyektlərində güclü partlayışlar qeydə alınıb.
Hücumlar təkcə körfəz ölkələri ilə məhdudlaşmayıb; İraqın Süleymaniyyə şəhərindəki kürd birləşmələrinin mövqeləri də atəşə tutulub. Hazırda hücumlar nəticəsində yaranan tələfat və dağıntıların miqyası dəqiqləşdirilir.
Regionda vəziyyətin nəzarətdən çıxması və münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalı kəskin artıb./NOCOMMENT.az/














