ABŞ-İsrail birgə hərbi əməliyyatları nəticəsində İranın təhlükəsizlik, müdafiə və hüquq-mühafizə orqanları tərəfindən idarə olunan bir neçə obyektə hücum edilib, ölən və yaralananlar var.
Gündəm24.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Təbriz şəhərində xüsusi polis qüvvələrinin ofisinə və istintaq polisi şöbəsinə hücum edilib. Həmçinin, Bonab, Üskü, Əcəbşir, Marağa və Məlikanda bir sıra polis və hərbi obyektlərə hücum edilib.













