Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İsrail İrana qarşı nüvə silahından istifadə edə bilər – XƏBƏRDARLIQ

14/04/2026 16:54
Dünya
51 4
İsrail İrana qarşı nüvə silahından istifadə edə bilər – XƏBƏRDARLIQ
69
Baxış sayı

ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması olsa da, gərginlik səngimir. Bölgəyə yeni hərbi qüvvələrin daşınması, sərt ritorikanın davam etməsi savaşın fitilinin hər an çəkilə biləcəyi narahatlığını yaradır. İsrailin baş naziri Benyamin Netanyahunu nüvə silahına əl atmağa vadar edə biləcək Tehranla qarşıdurma fonunda Təl-Əviv son dərəcə çətin vəziyyətə düşüb.

Gündəm24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer özünün yutub kanalında Daniel Devisə müsahibəsində deyib.
Mirşaymer vurğulayıb ki, İsrail lideri Tehranı real təhlükə kimi qəbul edir, lakin hazırda onu məğlub edə bilmədiyini də anlayır. Professorun fikrincə, belə bir “kütləvi çıxılmaz vəziyyətə” düşən Təl-Əviv kəskin tədbirlərə əl ata bilər.
“Bu, bizi israillilərin son nəticədə nüvə silahından istifadə etmək barədə düşünə biləcəkləri təhlükəsinə qaytarır”, – analitik bildirib.
Qeyd edək ki, belə bir ehtimal İrana qarşı həyata keçirilən ikinci müharibənin ilk günlərində də irəli sürülmüşdü. Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor jurnalist Taker Karlsonla müsahibəsində demişdi ki, İsrail çox tezliklə İrana nüvə silahı ilə zərbə endirə bilər.
“Britaniyalılar və fransızlar bizimlə məsləhətləşmədən heç vaxt nüvə silahından istifadə etməzlər. Nüvə silahına sahib olduğunu etiraf etməkdən imtina edən bir ölkəyə rəhbərlik edən cənab Benyamin Netanyahu ilə də belədirmi? Mən “yox” deyərdim”, – deyə Makqreqor bildirmişdi.
O, İsrailin ABŞ-nin təsdiqi olmadan bu seçimə əl ata biləcəyini və Vaşinqtonun bu barədə “özünü aldatmamalı” olduğunu da söyləmişdi.
Taker Karlson əvvəllər İrana qarşı müharibənin yeni bir dünya nizamı qurmağa yönəldiyini bildirmişdi.
“Bu müharibə bəşəriyyət üçün yeni bir dövrün, yeni bir tarixi dövrün, yeni bir dünyanın başlanğıcını qoymaq üçündür”, – o, daha sonra qeyd etmişdi.
Yenidən nüvə təhlükəsi barədə anonsun verilməsi ABŞ-İran danışıqlarının İslamabad mərhələsindən sonra gündəmə gətirilib. Düzdür, növbəti raunda hazırlıq gedir, amma rəsmi Tehran qarşı tərəfin şərtlərini qəbul etmək niyyətində olmadığını açıq bəyan edib, bu isə yeni eskalasiya riski yaradır. Hesab olunur ki, İranın müqavimətini qırmaq üçün İsrail tərəfdən nüvə zərbəsi endirilə bilər.
Əslində ABŞ lideri Donald Trampın “bütöv bir sivilizasiyanın məhv olacağı” ilə bağlı təhdidi də bir çox dairələri, hətta ABŞ-nin sabiq dövlət katibi Con Kerrini şoka salan mövqe olub. Həm Netanyahu, həm də Tramp üçün İranı məğlub etmək çox önəmli məsələdir. Belə olduğu halda nəyin bahasına olursa-olsun, İranı diz çökdürmək planı işə salına bilər.
Politoloq Elxan Şahinoğlu isə gərginliyin bu həddə qədər artacağını güman etmir:
“İsrail etiraf etməsə də, həqiqətən bu ölkənin nüvə silahı var. Amma İsrailin İranla müharibədə nüvə silahından istifadə edəcəyini yüksək qiymətləndirmirəm. İsrail və ABŞ İran havadan müdafiə sistemini dağıtdı, hərbi hava qüvvələrinə möhkəm zərbələr endirdi. Bundan sonra artıq növbəti mərhələdə nüvə silahından istifadəyə də ehtiyac yoxdur”.
E.Şahinoğlunun sözlərinə görə, əgər İran nüvə silahı əldə etsəydi, o halda mənzərə fərqli ola bilərdi:
“Hər iki dövlətin nüvə silahı olsaydı, bu, nüvə müharibəsinə gətirib çıxarardı. Amma indiki halda İran nüvə silahı əldə edə bilmir. Baxmayaraq ki, illərdir uranı zənginləşdirir. Lakin İranın nüvə silahı yoxdur. Tehranın nüvə silahı olsaydı, o silahdan bəlkə də İsrailə qarşı istifadə edərdi. İranın nüvə silahı olmadığına görə İsrailin də iddia edildiyi kimi, İrana qarşı nüvə silahından istifadə edəcəyini düşünmürəm. İsrailin buna ehtiyacı da yoxdur. İsrail əlində olan modern hərbi texnikadan, hərbi hava qüvvələrindən, raketlərdən İrana qarşı kifayət qədər zərbə endirmək imkanına malikdir. Yenidən müharibə olsa, bu imkanlarından yenə də istifadə edəcək”.

Oxşarxəbərlər

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə
Dünya

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

26/05/2026 14:36
50
TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə
Dünya

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

26/05/2026 14:36
50
SENSASİYA: Bu ölkə İrana milyardlar TƏKLİF ETDİ – İLGİNC SƏBƏB
Dünya

SENSASİYA: Bu ölkə İrana milyardlar TƏKLİF ETDİ – İLGİNC SƏBƏB

26/05/2026 13:55
53
Aktyorun MEYİTİ TAPILDI
Dünya

Aktyorun MEYİTİ TAPILDI

26/05/2026 12:31
52
Saakaşvilinin SON GÖRÜNTÜSÜ – Elə bir FOTO paylaşdı ki…
Dünya

Saakaşvilinin SON GÖRÜNTÜSÜ – Elə bir FOTO paylaşdı ki…

26/05/2026 11:38
50
Putin 8 ölkə ilə bağlı xəbərdarlıq etdi – Siyahıda Azərbaycan da var
Dünya

Putin 8 ölkə ilə bağlı xəbərdarlıq etdi – Siyahıda Azərbaycan da var

26/05/2026 10:59
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

26/05/2026 14:36
50
TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

26/05/2026 14:36
50
Azərbaycanda rəsmi işçi sayı niyə azalıb? – SƏBƏBLƏR

Azərbaycanda rəsmi işçi sayı niyə azalıb? – SƏBƏBLƏR

26/05/2026 14:28
50
Sarı və narıncı xəbərdarlıq verildi – Bu tarixlərdə

Sarı və narıncı xəbərdarlıq verildi – Bu tarixlərdə

26/05/2026 14:06
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
54

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
59

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In