İsrail Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raketlərin işlənib hazırlanması və istehsalı üzrə tədqiqat kompleksinə zərbələr endirib.
Gündəm24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri İran rejiminin Tehrandakı əsas infrastrukturuna bir sıra zərbələr endirməyi başa çatdırıb. Zərbələrdən biri SEPAH-ın elmi-tədqiqat kompleksinə endirilib. Bu obyektdə İsrail Müdafiə Qüvvələri kompleksin ballistik raketlərin işlənib hazırlanması və istehsalı ilə bağlı təcrübə və sınaqların aparıldığı yeraltı zonasını hədəfə alıb”, – bəyanatda deyilir.
Bundan əlavə, İsrail tərəfinin “Əl-Qüds” xüsusi qüvvələrinin baş qərargahının obyektlərinə, həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirdiyi bildirilir.














