İsrailin İrana qarşı hərbi əməliyyatı başa çatmayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Kommersant” İsrailin müdafiə naziri İsrael Katsın bəyanatına istinadən məlumat yayıb.
O, hərbi əməliyyatların tezliklə bərpa olunmasını mümkün hesab edib.
“Biz əməliyyatı elə başa çatdırmalıyıq ki, İranın bir daha İsrailin və ABŞ-nin mövcudluğuna təhlükə yaratmayacağına zəmanət verək”, – Kats bildirib.













