Müctəba Xameneyi Tehrandakı Sina Xəstəxanasına yerləşdirilib.
Gündəm24.az xəbər verir ki, bunu İran dövlət televiziyası və radiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” hesabında yazıb.
“Müctəba mədəsindən və ayağından ciddi xəsarətlər alıb, hazırda süni tənəffüs aparatına qoşulub və müharibənin başladığını, ailəsinin bombardmanda öldüyünü, lider olduğunu belə bilmir. Cərrahi əməliyyatı doktor Zəfərqəndi doktor Mərəşi (Haşimi-Rəfsəncaninin qayını, Behişti Universitetinin cərrahiyyə şöbəsinin müdiri) ilə birlikdə həyata keçirib; Pezeşkianın iki gün öncə Zəfərqəndinin yanında olmasının səbəbi Müctəbanı ziyarət etmək olub və o, Xameneyinin oğlunun vəziyyətindən tam xəbərdardır. Sina Xəstəxanasında vəziyyət gərgindir və yalnız bir neçə nəfərin reanimasiya şöbəsinə daxil olmasına icazə verilir”.














