Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ABŞ və İran arasındakı münaqişənin nizamlanması yollarını müzakirə ediblər.
Gündəm24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
“Biz regionda müharibənin mümkün qədər tez və tam dayandırılması yollarını müzakirə etdik”, – deyə o, Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz razılaşdıq ki, bu müharibə heç kimə sərf etmir və yalnız itkilərə və dağıntılara gətirib çıxaracaq”, – deyə Dar əlavə edib.













