İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hücum hədələri ilə bağlı mühüm açıqlamalar verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, regiondakı gərginliyə toxunan nazir rəsmi Vaşinqtona etibar etmədiklərini vurğulayıb.
Əraqçi bəyanatında strateji əhəmiyyət kəsb edən Hörmüz boğazındakı mövcud vəziyyətə də diqqət çəkib:
“Hörmüz boğazındakı vəziyyət olduqca mürəkkəbdir və biz vəziyyəti tənzimləməyə, kömək etməyə çalışırıq. Bizimlə müharibə şəraitində olmayan bütün ölkələrin gəmiləri boğazdan sərbəst şəkildə keçə bilər”.














