Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “əbədi dövlət” qurduğunu açıqlayıb və “fərqli silahlanma və ideologiyaya malik yeni ordu” konsepsiyasını təqdim edib.
Gündəm24.az xəbər verir ki, o, bu barədə hərbi parad zamanı çıxışında danışıb.
Paşinyanın sözlərinə görə, Ermənistan yeni şəraitdə ordunu “müharibə deyil, sülh amili” kimi qiymətləndirir.
Baş nazir bildirib ki, 2022-ci ildə əldə olunan Praqa razılaşmalarından sonra Ermənistan üçün beynəlxalq silah bazarı açılıb və bu da silahlı qüvvələrin modernləşdirilməsi imkanlarını genişləndirib./KONKRET.az














