Cümə, İyul 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər? – Mütəxəssisdən XƏBƏRDARLIQ

17/07/2026 11:05
Manşet, Müsahibə
50 1
Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər? – Mütəxəssisdən XƏBƏRDARLIQ
65
Baxış sayı

Son günlər Gəncə şəhəri və Samux rayonunda baş verən, onlarla insanın zəhərlənməsi ilə nəticələnən hadisələr qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırmalar yas mərasimlərində istehlak olunan lavaşın zəhərlənmənin əsas səbəbi ola biləcəyini göstərir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, hər üç mərasimdə istifadə olunan lavaşların qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarıldığı müəyyən edilib və hazırda məhsullardan götürülən nümunələr laboratoriyada araşdırılır.

Bəs lavaş kimi gündəlik istehlak etdiyimiz məhsullar hansı hallarda sağlamlıq üçün təhlükəyə çevrilə bilər?

Yay aylarında yüksək temperatur çörək və lavaş məhsullarında mikrobioloji riskləri artırırmı?

Vətəndaşlar çörək və lavaşı alarkən nələrə diqqət yetirməlidirlər?

Kütləvi mərasimlər – yas, toy və ehsan süfrələrində qida zəhərlənmələrinin daha çox baş verməsinin əsas səbəbləri hansılardır?

Mövzu ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, çörəyin, ümumiyyətlə lavaşın riskli qida hesab olunma məsələsi bir qədər sual altındadır:

photo_269137.jpg (56 KB)

“Çünki lavaş riskli qida hesab olunmur. Burada müştərilərin və yaxud vətəndaşların kütləvi zəhərlənməsi, xüsusilə toy və yas mərasimləri zamanı mərasim evində və ya marketdən alınan lavaşdan zəhərlənmə halları, əsasən məhsulun saxlanma qaydalarından asılı ola bilər. Çarpaz çirklənmə və mikrobioloji çirklənmə baş verdiyi zaman məhsul müəyyən fəsadlara səbəb ola bilər. Həmçinin saxlama şəraiti düzgün olmadıqda da məhsul problem yarada bilər. Digər qida məhsulları ilə birlikdə düzgün şəraitdə saxlanılmadıqda zəhərlənmə riski artır. Bu zaman, təbii ki, çarpaz çirklənmə baş verə bilər. Bir digər məsələ isə sudur. Əgər təmiz sudan istifadə edilməzsə, çirklənmiş və ya normativlərə uyğun olmayan sudan istifadə olunarsa, xəmir yoğrularkən lavaş müəyyən zəhərlənmə hallarına səbəb ola bilər”.

İlkin Şirinov onu da vurğulayıb ki, bəzən alınan məhsulların üzərində etiket məlumatları olmur, istehsalçı şirkətin adı göstərilmir, istehsal və qablaşdırma tarixləri qeyd edilmir. Bundan əlavə, antisanitar şəraitdə, sanitar-gigiyenik normalara əməl olunmadan müxtəlif sexlərdə, ev şəraitində və zirzəmilərdə hazırlanan bu cür qidalar, təbii ki, zəhərlənməyə səbəb ola bilər və insanların sağlamlığını ciddi risk altına qoya bilər:

“Burada vurğulamaq istədiyim digər mühüm məqam isə budur ki, bildiyimiz kimi, lavaşlar əvvəlcə sac üzərində və ya xüsusi bişirmə sobalarında hazırlanır. Onlar əvvəlcə quru halda olur və xüsusi saxlama otaqlarında saxlanılır. Əgər həmin otaqlarda dezinfeksiya işləri vaxtında aparılıbsa, gəmirici və həşəratlar yoxdursa, belə lavaşlar təhlükəsiz hesab olunur. Lakin bəzən saxlama yerlərində gəmiricilərin olması və bu məhsulları çirkləndirməsi gələcəkdə həmin lavaşdan istifadə edən alıcılar və istehlakçılar üçün sağlamlıq riski yarada bilər.

Bəzən isə paketləndikdən sonra lavaşlarda müxtəlif kiflər müşahidə olunur, müxtəlif həşəratlar gözə dəyir və ya gəmiricilərlə təmas baş verir. Bütün bunlar da zəhərlənməyə səbəb ola bilər.
Ümumiyyətlə, gigiyenik baxımdan antisanitar şəraitdə saxlanılan istənilən qida məhsulu istehlakçıların və müştərilərin sağlamlığının itirilməsi, eləcə də zəhərlənmə halları ilə nəticələnə bilər.

Ona görə də tövsiyə olunur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq tələblərinə uyğun istehsal olunmayan, markalanması olmayan və xüsusi icazə olmadan satışa çıxarılan məhsullar alınaraq istifadə edilməsin. Belə məhsullar insanlar üçün ciddi risk təşkil edir”.

Xatırladaq ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb.

Oxşarxəbərlər

Qida zəhərlənmələri niyə artır? – Ekspertdən həyati vacib xəbərdarlıq
Manşet

Qida zəhərlənmələri niyə artır? – Ekspertdən həyati vacib xəbərdarlıq

17/07/2026 11:54
59
İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO
Manşet

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

16/07/2026 19:00
56
Nihatın həyatını sizlər qurtarın! – Çarəsiz ana xalqa çağrış etdi
CƏMİYYƏT

Nihatın həyatını sizlər qurtarın! – Çarəsiz ana xalqa çağrış etdi

16/07/2026 15:51
60
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü
Manşet

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68
Dövlət başçısından FƏRMAN
Manşet

Dövlət başçısından FƏRMAN

15/07/2026 16:17
56
Prezidentdən ÖNƏMLİ FƏRMAN
Manşet

Prezidentdən ÖNƏMLİ FƏRMAN

15/07/2026 16:14
64

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda 35, bəzi bölgələrdə 38 dərəcə isti olacaq – PROQNOZ

Bakıda 35, bəzi bölgələrdə 38 dərəcə isti olacaq – PROQNOZ

17/07/2026 13:15
50
AQTİ-yə yeni sədr təyin edildi

AQTİ-yə yeni sədr təyin edildi

17/07/2026 12:57
50
Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Nəriman Həsənzadənin vəziyyəti ağırdır

17/07/2026 12:29
52
Xəzər dənizi gözümüzün önündə yoxa çıxır…

Xəzər dənizi gözümüzün önündə yoxa çıxır…

17/07/2026 12:20
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
60

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.