Türkiyənin Qara dəniz əyalətinin Düzce bölgəsindəki Yeşilköy kəndindəki bağda pilotsuz təyyarənin qalıqları aşkar edilib.
Gündəm24.az xəbər verir ki, bu barədə bölgə qubernatorunun mətbuat xidməti məlumat verib.
“Yeşilköy kəndindəki qoz bağına şübhəli bir əşyanın düşməsi barədə məlumat daxil olub. Əraziyə təhlükəsizlik qüvvələri göndərilib. İlkin məlumata görə, bu, hələlik şəxsiyyəti müəyyən edilməmiş PUA ola bilər”, – deyə açıqlamada bildirilir.














