Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib.
Gündəm24.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb.
“Tibb müəssisəsinə hücum zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. Yaralılar arasında həkim müayinəsində olan iki qadın da var. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir”, – deyə o qeyd edib.
İvan Fyodorov tibb müəssisəsinin konkret hansı silahla vurulduğunu açıqlamayıb:
“Lakin hücumdan az əvvəl şəhər “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alınıb”.














