Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xamenei necə öldürülüb? – Gizli səsyazısı YAYILDI

16/03/2026 07:49
Dünya
824 25
Xamenei necə öldürülüb? – Gizli səsyazısı YAYILDI
703
Paylaşım sayı
976
Baxış sayı

İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürüldüyü hücumla bağlı yeni və diqqətçəkən məlumat yayılıb. “IranWire” yazır ki, sosial şəbəkələrdə yayılan bir audioyazıda İsrailin zərbəsi zamanı liderin iqamətgahında baş verənlər ilk dəfə daxildən təsvir olunur.

Gündəm24.az-ın məlumatına görə, dini lider statusu daşıyan Seyyid Məzahir Hüseyniyə aid olduğu iddia edilir. O, uzun müddət lider aparatında çalışmış şəxs kimi təqdim olunur və bəzi məlumatlara görə “Beyt-e Rəhbəri” – yəni İran liderinin iqamətgahının protokol rəhbəri olub.

Yayılan məlumatlara görə, 28 fevral səhər saat 09:40 radələrində Tehran vaxtı ilə lider kompleksinə ilk raket zərbələri endirilib. Hücum nəticəsində Əli Xamenei, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra yüksək vəzifəli komandirləri və rəhbərin ailə üzvlərindən bir neçəsi həlak olub.

Audioyazıda bildirilir ki, raketlərdən biri Müctəba Xamenenin yaşadığı iqamətgaha düşüb. Zərbə nəticəsində onun həyat yoldaşı Zahra Haddad-Adel və uşaqlarından biri həyatını itirib. Partlayışın gücü aşağı mərtəbədə yerləşən başqa bir iqamətgahı da dağıdıb və orada olan şəxslərdən bəziləri həlak olub.

Hüseyninin sözlərinə görə, hücumdan bir neçə saniyə əvvəl Müctəba Xamenei həyətə çıxıb və bu təsadüf onun sağ qalmasına səbəb olub. O, yalnız ayağından yüngül yaralanıb.

Audioyazıda həmçinin İranın yüksək rütbəli hərbi rəsmisi Məhəmməd Şirazinin də həmin hücum zamanı öldüyü bildirilir. İddiaya görə, raket partlayışı nəticəsində onun cəsədinin böyük hissəsi parçalanıb.

Məlumatlara görə, bu audio ilk dəfə “Eitaa” platformasında yayılıb və daha sonra digər sosial şəbəkələrə də yayılıb. Lakin Hüseyninin geniş tanınmaması və müharibə şəraiti səbəbindən səs yazısının tam şəkildə müstəqil təsdiqi hələ mümkün olmayıb./modern.az

Oxşarxəbərlər

İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Dünya

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21/09/2026 23:22
956
“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham
Dünya

“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham

21/09/2026 23:04
957
Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı
Dünya

Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı

21/09/2026 22:49
957
ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…
Dünya

ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…

21/09/2026 22:19
1k
Serdar Ortaç vəsiyyətini açıqladı
Dünya

Serdar Ortaç vəsiyyətini açıqladı

21/09/2026 21:53
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.