İran Silahlı Qüvvələri Qətərin paytaxtı Dohada yerləşən üç rayonun sakinlərinə təcili xəbərdarlıq edərək həmin əraziləri tərk etməyə çağırıb.
Gündəm24.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə İranın Fars News Agency agentliyi məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq Dohanın Lusail, Əl-Uab və Ayn-Xalid rayonlarının sakinlərinə ünvanlanıb.
Bildirilir ki, bu ərazilərdə ABŞ Silahlı Qüvvələrinin hərbçiləri və zabitləri yerləşir və yaxın saatlarda onlara qarşı zərbələr endirilə bilər.
“Yaşadığınız ərazilərdə ABŞ ordusunun əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində bu mövqelərə zərbə endirilə bilər. Bu rayonları mümkün qədər tez tərk edin”, — deyə xəbərdarlıqda qeyd olunub.
Hazırda məsələ ilə bağlı Qətər rəsmilərindən rəsmi açıqlama verilməyib. Regionda gərginlik isə son günlər İran ilə ABŞ və İsrail arasında artan qarşıdurma fonunda daha da yüksəlib.













