ABŞ Prezidenti Donald Trampın sərvəti iki ayda 1,1 milyard dollar azalıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Ağ Ev rəhbərinin sərvəti sentyabrda 7,3 milyard dollar olduğu halda, noyabrın sonunda bu rəqəm 6,2 milyard dollara enib. Buna səbəb “Trump Media” texnologiya şirkətinin səhmlərinin dəyərinin düşməsi olub. Son üç ayda onların birjada dəyəri 42 faiz ucuzlaşıb.
Bu arada, 2025-ci ilin əvvəlində Donald Trampın xalis sərvəti iki dəfədən çox artıb. 2024-cü ildə onun ümumi sərvəti 2,3 milyard dollar qiymətləndirilirdisə, 2025-ci ilin əvvəlində bu, 5,1 milyard dollara çatıb. Tramp bu artımı əsasən kriptovalyutaya sərfəli investisiya sayəsində əldə edib. ABŞ Prezidentinin əsas sərvəti daşınmaz əmlakdır”, – deyə qeyd edilib.














