Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilli Günü münasibətilə təbrik edib.
Gündəm24.az xəbər verir ki, nazirlik bu barədə X sosial media hesabında yazıb.
“28 May 1918-ci ildə yüksələn istiqlal ruhu bu gün də Türkiyə və Azərbaycanın qəlbində yaşayır.
Qardaş ölkə Azərbaycanın Müstəqillik Gününü təbrik edir, nəcib Türk millətinin ayrılmaz parçası olan Azərbaycan xalqını qürurla salamlayırıq.
Vətəni uğrunda canından keçən əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizə dərin təşəkkürümüzü bildiririk”, – paylaşımda qeyd olunub.














