Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Donbasdan çıxmaq şərti ilə Kiyevə təhlükəsizlik zəmanətləri vermək təklifindən məmnun olmadığını bildirib.
Gündəm24.az xəbər verir ki, Zelenski Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynaya Donbasdan çıxmağı təklif edir və bunun qarşılığında təhlükəsizlik zəmanətləri verir:
“Lakin istehkamlarımız bizim təhlükəsizliyimizin bir hissəsidir və bu zəmanətləri başqaları ilə dəyişdirməməliyik. Bu, ədalətsiz olardı”.Daha əvvəl
“Reuters” agentliyinə danışan Zelenski ABŞ prezidentinin Ukraynada sülhə nail olmaq üçün Kiyevə təzyiq göstərməsindən də təəssüfləndiyini söyləyib./ Sfera.az














