Ukraynanın Donbassla bağlı güzəştə getməyə hazır olduğu üzə çıxıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Floridada ABŞ rəsmiləri ilə görüşü zamanı Prezident Volodimir Zelenskinin ərazi məsələsində güzəştə gedə və Donbası verə biləcəyini deyib”, – deyə bildirilib.
Nəşr yazıb ki, Zelenski indi prezidentliyinin ən ağrılı seçimi ilə üz-üzədir:
“Əgər o, Donetskin təslim olmasına “hə” desə , bəzi ukraynalılar onu heç vaxt bağışlamayacaqlar. Əgər “yox” desə, bu faciəli müharibə davam edəcək”.














