Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası

16/05/2026 15:35
Elm və təhsil
53 3
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
71
Baxış sayı

271 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən və sosial şəbəkələrdə yayılan şagird zorakılığı görüntüləri cəmiyyətdə ciddi rezonans doğurub. Tənəffüs zamanı məktəbin sanitar qovşağında iki IX sinif şagirdi arasında baş verən münaqişənin videosunun çəkilərək paylaşılması məktəbdaxili nəzarət, yeniyetmələr arasında zorakılıq və psixoloji təzyiq məsələlərini yenidən gündəmə gətirib. Hadisədən sonra müxtəlif tərəflərin açıqlamaları yayılsa da, döyülən və döyən tərəfin ailələrinin söylədikləri məsələnin göründüyündən daha dərin və uzunmüddətli konflikt zəmininə söykəndiyini göstərir.

 

Gündəm24.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Dilarə Qulamhüseyn qızı Allahverdiyeva oğlunun uzun müddətdir psixoloji təzyiq altında saxlanıldığını deyib. Onun sözlərinə görə, baş verən hadisənin ani davaya çevrilməsi bir ildən artıqdır davam edən aşağılamaların, təhqirlərin nəticəsidir:“Mənim oğlumu o vəziyyətə salan qarşı tərəfdir. O döyülənin başçısı olduğu qrup oğlumu 2025-ci ilin noyabrında məktəbin yaxınlığında bıçaqladı. Bıçaqlayan qrup üzvü də da o döyülənin təhriki ilə bu cinayəti edib. Hazırda da cinayət işində o, şahid kimi keçir. Oğlumun bıçaqlanması ilə bağlı Sabunçu Rayon Məhkəməsində, hakim Günel Məmmədovanın sədrliyi ilə F.B. Səbuhi oğlu ilə bağlı 1(5-101)-147/2026 saylı cinayət işi üzrə məhkəmə gedir. Belə bir vaxtda oğlumdan əl çəkmirdi, onu hər gün aşağılayır, təhqir edirmiş. Oğlum də dözüb, bu haqda bizə də məlumat verməyib. Bilsəydik, əvvəlcədən tədbir görülməsi üçün addımlar atardıq”.

Ana deyir ki, oğlu sakit xarakterli, voleybolla məşğul olan yeniyetmədir və davamlı şəkildə təhqir, alçaldılma və psixoloji təxribatlarla üzləşməsi belə bir xoşagəlməz durumun yaşanmasına gətirib çıxarıb: “Mənim oğlum sakit, təmkinli, cəmiyyətə yararlı övladdır. Dərsi ilə yanaşı voleybolla məşğuldur. Ona sataşan isə başına dəstə yığıb oğlumu ələ salmaqla, aşağılamaqla özünün döyülməsinə yol açıb. Oğluma deyirmiş ki, “bıçaq yarası necədir?” Bir az o yana, bir az bu yana olsaydı sənə necə təsir edərdi…”

Picture backgroundDilarə Allahverdiyeva xüsusi olaraq vurğulayır ki, son olayın kökündə illərlə davam edən psixoloji təzyiq dayanır: “Əlbəttə ki, baş verənlərə haqq qazandırmıram. Baş verənlərin kökündə qarşı tərəfin oğluma davamlı psixoloji təsirlər göstərməsi, təhqir və söyüş halları baş verməsi dayanır. İllərdir ki, oğlum bu qrupun təzyiqi altında olub. Baş verən son hadisəyə cəmiyyət tərəfindən bəzən səthi yanaşılır. Halbuki bu vəziyyət oğlum, ailəmiz üçün çox ağır psixoloji gərginlik yaradıb. Oğlum hazırda çox ağır psixoloji sarsıntı keçirib”.

 

Picture backgroundMəsələ ilə bağlı açıqlama verən Allahverdiyevlərin vəkili Ceyhun Yusifov bildirib ki, hadisəyə yalnız sosial şəbəkələrdə yayılan görüntülər prizmasından yanaşmaq doğru deyil: “Burada söhbət təkcə məktəbdə baş verən bir mübahisədən getmir. Hadisələrin kökü daha əvvələ gedib çıxır. Müdafiə etdiyim tərəfin övladı bundan əvvəl bıçaqlanıb və həmin fakt üzrə hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində cinayət işi araşdırılır. Bu səbəbdən son baş verən olay ayrıca deyil, əvvəlki hadisələrin davamı və nəticəsi kimi qiymətləndirilməlidir”.

Vəkil qeyd edib ki, yeniyetməyə qarşı uzun müddət aparılan psixoloji təzyiq hüquqi baxımdan tam araşdırılmalıdır.

 

Məktəb rəhbərliyi isə məsələ ilə bağlı açıqlamasında hadisənin tənəffüs zamanı baş verdiyini bildirib. Məktəbdən verilən məlumata görə, şagirdlər əvvəlcədən müəllimlərə və rəhbərliyə məlumat verməyiblər: “Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb”. Məktəb rəhbərliyi valideynlərin məktəbə dəvət olunduğunu, psixoloqun prosesə cəlb edildiyini və aidiyyəti qurumlara məlumat verildiyini açıqlayıb. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri də məktəbdə olublar və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Musavat.com/

Oxşarxəbərlər

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB
Elm və təhsil

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB

06/07/2026 13:04
55
Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA
Elm və təhsil

Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

03/07/2026 13:52
58
Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI
Elm və təhsil

Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI

01/07/2026 17:03
61
Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO
Elm və təhsil

Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO

01/07/2026 11:15
59
Nazir 51 balın necə hesablandığını AÇIQLADI
Elm və təhsil

Nazir 51 balın necə hesablandığını AÇIQLADI

30/06/2026 10:43
56
Rektor ona vəzifə verdi – FOTO
Elm və təhsil

Rektor ona vəzifə verdi – FOTO

29/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

08/07/2026 15:51
51
Prezident fərman imzaladı – Qadağan edildi

Prezident fərman imzaladı – Qadağan edildi

08/07/2026 15:41
51
Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

08/07/2026 15:26
51
Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

08/07/2026 14:22
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
60

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.