Şənbə, May 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda təhsil bahalaşır: Kurslar və məktəblər qiymətləri artırır

19/05/2026 12:27
Elm və təhsil
43 1
Azərbaycanda təhsil bahalaşır: Kurslar və məktəblər qiymətləri artırır
56
Baxış sayı

Son illərdə Azərbaycanda özəl məktəb və kurslara maraq əhəmiyyətli dərəcədə artıb. Valideynlər övladlarının daha keyfiyyətli təhsil alması, xarici dil biliklərinin inkişafı və beynəlxalq proqramlara çıxış əldə etməsi üçün bu müəssisələrə daha çox üstünlük verirlər. Artan tələbat fonunda təhsil xidmətlərinin qiymətlərində də ciddi yüksəliş müşahidə olunur.

Gündəm24.az xəbər verir ki, Azərbaycanda özəl təhsil müəssisələrinə marağın artması fonunda məktəb və kurs qiymətləri yüksəlməkdə davam edir.

Hazırda ölkədə fəaliyyət göstərən özəl məktəblərdə illik təhsil haqları təxminən 2 500 manatdan başlayaraq 50 000 manatdan yuxarı məbləğlərə qədər çatır. Xüsusilə beynəlxalq proqramlar təqdim edən və xarici dil tədrisinə üstünlük verən məktəblərdə qiymətlər daha yüksəkdir.

Qiymət aralığı məktəbin tədris proqramı, beynəlxalq akkreditasiyası, təklif etdiyi əlavə xidmətlər və sinif səviyyəsinə görə dəyişir. Məsələn, bəzi liseylərdə illik ödənişlər 3-5 min manat aralığında olduğu halda, beynəlxalq məktəblərdə bu rəqəm 20-25 min manatı, bəzi hallarda isə 50 min manatı keçir.

Bakı Atatürk Liseyi, Simurq Liseyi və “Western School” daha münasib qiymət seqmentində yer alan təhsil müəssisələri sırasında göstərilir. Daha yüksək ödəniş tələb edən məktəblər arasında isə “Bakı Oxford Məktəbi”, “Oxbridge Academy Baku”, Azərbaycan Britaniya Kolleci və Azərbaycan Beynəlxalq Məktəbi (TISA) diqqət çəkir. Siyahıda ən yüksək illik təhsil haqqı məhz TISA-ya məxsusdur və 54 900 manat təşkil edir.

Məktəblərlə yanaşı, hazırlıq kursları da ailələrin büdcəsində ciddi xərc maddəsinə çevrilib. Buraxılış və qəbul imtahanlarına hazırlıq, xarici dil kursları, məktəbəqədər hazırlıq proqramları və erkən inkişaf mərkəzlərinə maraq artdıqca qiymətlərdə də yüksəliş müşahidə olunur.

Hazırda bazarda bir fənn üzrə aylıq hazırlıq qiymətləri orta hesabla 70-150 manat arasında dəyişir. Beynəlxalq sertifikat və xarici dil proqramlarında isə ödənişlər daha yüksək olur. Bir neçə fənn üzrə hazırlıq keçən şagirdlər üçün aylıq kurs xərcləri 300-500 manata qədər yüksələ bilir. Bu isə xüsusilə bir neçə övladı olan ailələr üçün təhsil xərclərinin ildən-ilə daha böyük maliyyə yükünə çevrildiyini göstərir./Sfera.az 

Oxşarxəbərlər

1394 nəfərin buraxılış imtahanı nəticəsi DƏYİŞDİRİLDİ
Elm və təhsil

1394 nəfərin buraxılış imtahanı nəticəsi DƏYİŞDİRİLDİ

23/05/2026 12:17
59
Müəllimlərin sertifikasiyasında köklü dəyişiklik olacaq? – İlqar Orucov AÇIQLADI
Elm və təhsil

Müəllimlərin sertifikasiyasında köklü dəyişiklik olacaq? – İlqar Orucov AÇIQLADI

19/05/2026 17:25
55
Müəllimlər sertifikasiya imtahanından ömürlük AZAD EDİLƏCƏK? – Təhsil Ekspertindən AÇIQLAMA
Elm və təhsil

Müəllimlər sertifikasiya imtahanından ömürlük AZAD EDİLƏCƏK? – Təhsil Ekspertindən AÇIQLAMA

19/05/2026 11:42
55
Leysana görə magistratura imtahanı təkrar keçiriləcək – RƏSMİ
Elm və təhsil

Leysana görə magistratura imtahanı təkrar keçiriləcək – RƏSMİ

18/05/2026 15:50
55
III qrupda qəbul çətinləşdi: keçid ballarında rekord artım olan İXTİSASLAR
Elm və təhsil

III qrupda qəbul çətinləşdi: keçid ballarında rekord artım olan İXTİSASLAR

18/05/2026 11:17
52
Müəllimlərin NƏZƏRİNƏ -İmtahan tarixi açıqlandı
Elm və təhsil

Müəllimlərin NƏZƏRİNƏ -İmtahan tarixi açıqlandı

16/05/2026 20:13
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğan ŞAD XƏBƏRİ verdi – 2028-ci ildən etibarən…

Ərdoğan ŞAD XƏBƏRİ verdi – 2028-ci ildən etibarən…

23/05/2026 14:16
50
Xaricdən avtomobil gətirənlərin NƏZƏRİNƏ: Bu halda cinayət məsuliyyətinə cəlb olunacaqsız

Xaricdən avtomobil gətirənlərin NƏZƏRİNƏ: Bu halda cinayət məsuliyyətinə cəlb olunacaqsız

23/05/2026 14:00
50
TƏCİLİ: Məşhur müğənni də saxlanıldı – FOTO

TƏCİLİ: Məşhur müğənni də saxlanıldı – FOTO

23/05/2026 13:58
50
Nazirlikdən 60 min nəfərlə bağlı açıqlama

Nazirlikdən 60 min nəfərlə bağlı açıqlama

23/05/2026 13:49
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
53

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
54

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In