Bazar, Oktyabr 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Buraxılış imtahanlarına yeni fənn gəlir? – AÇIQLAMA

29/09/2026 22:25
Elm və təhsil
811 25
Buraxılış imtahanlarına yeni fənn gəlir? – AÇIQLAMA
692
Paylaşım sayı
961
Baxış sayı

Son zamanlar müzakirə olunan mövzulardan biri də buraxılış imtahanına yeni fənnin əlavə edilməsidir. Mövzu ilə bağlı bəzi ekspertlər buraxılış imtahanlarına Azərbaycan tarixi fənninin, bəziləri isə coğrafiya fənninin əlavə edilməsini təklif edir.

Bəs ümumiyyətlə, buraxılış imtahanlarına yeni fənnin əlavə edilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu məsələdə yekun qərarı verə biləcək qurum Dövlət İmtahan Mərkəzidir:

“Fənlərə gəldikdə isə, hər iki fənn önəmlidir, yəni hər iki fənni bilməyə ehtiyac var. Amma onların imtahana salınmasının nə dərəcədə önəmli və zəruri olması başqa məsələdir. Ümumiyyətlə, mən düşünürəm ki, imtahanlarda çoxlu fənlərin olmasına ehtiyac yoxdur”.

Müsahibimiz əlavə etdi ki, universitetlərə qəbulu nisbətən asanlaşdırıb, universitetdən məzun olmağı çətinləşdirmək lazımdır:

“Əgər bu, imtahanların çətinləşməsinə gətirib çıxaracaqsa, hesab edirəm ki, tələsməməliyik və ciddi düşünməliyik. Yox, əgər ümumi prosesə öz töhfəsini verəcəksə və bizim üçün hansısa yaxşı nəticələr ortaya qoyacaqsa, o başqa məsələdir. Məsələ ondadır ki, biz ümumi biliyi qiymətləndiririk və orada da fənlərin çox olması yalnız valideynlər aspektindən deyil, uşaqlar baxımından da ciddi çətinlik yaradır. Çünki valideynlər böyük vəsait xərcləyəcəklər, uşaqlar isə daha da yüklənəcəklər. Bu, onlar üçün daha ciddi çətinlik yaradacaq. Yəni biz bunun yalnız bir aspektini yox, digər aspektlərini də ciddi şəkildə düşünməliyik”.

Coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə isə hesab edir ki, mövcud imtahan qaydaları, yəni buraxılış imtahanında 3 fənn kifayət edir:

“Bunu artırmaq onsuz da hazırda gərginlik içərisində olan abituriyentlərin, şagirdlərin imtahan stresini, onların hazırlıq prosesindəki iş yükünün ağırlığını və çətinliyini daha da artıra bilər. Düşünürəm ki, bu kimi yanaşmalar, yəni coğrafiyanın əlavə edilməsi müəyyən müddətdən sonra kimya, biologiya, fizika və digər bu kimi fənlərin də artırılmasını gündəmə gətirə bilər. Belə olan halda isə bu, istənilən halda şagirdlərin gündəlik dərs yükünə təsir göstərə bilər. Biz bu qədər buraxılış imtahanlarını çətinləşdirməklə heç də yüksək ixtisaslı kadrlar və yaxud savadlı gəncliyə nail ola bilmərik. Əksinə, bu, şagirdlərdə əlavə stress, yorğunluq və yükdən başqa müsbət tərəf yaratmaz. Çünki biz onsuz da tarix, coğrafiya, fizika, kimya kimi buraxılış imtahanında olmayan fənlərlə bağlı məsələni könüllü şəkildə həll edirik. Kim hansı qrupda istəyirsə, həmin fəndən imtahana cəlb olunacaqdır”.

Müəllim qeyd etdi ki, şagirdlər onsuz da gününü bölüb çatdıra bilmir:

“Yəni bugünkü vəziyyətdə uşaqlar, xüsusilə də 9-cu sinifdən sonra, çox ağır şəraitdə, gərgin qrafikdə qəbul imtahanlarına, eyni zamanda buraxılış imtahanlarına hazırlaşırlar. Bunu da əlavə etsək, daha da çətinləşəcəkdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, mövcud fənlər buraxılış imtahanları üçün kifayətdir. Əlavə fənlərə ehtiyac yoxdur”.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

Oxşarxəbərlər

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…
Elm və təhsil

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

23/10/2026 11:52
958
“Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir”
Elm və təhsil

“Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir”

22/10/2026 17:35
955
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”
Elm və təhsil

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
967
Bakıda dərs saatları dəyişdirilə bilər?
Elm və təhsil

Bakıda dərs saatları dəyişdirilə bilər?

20/10/2026 08:48
959
Məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Elm və təhsil

Məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər

17/10/2026 13:39
970
Nazir onu prorektor təyin etdi – FOTO
Elm və təhsil

Nazir onu prorektor təyin etdi – FOTO

16/10/2026 18:13
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

25/10/2026 14:40
956
Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
957
Qızılı Çox Olanlara Pis Xəbər

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
964
İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
983

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
961

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.