Cümə, Oktyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hər şagirdə görə məktəbə vəsait ayrılacaq – Deputat yeni sistemin detallarını AÇIQLADI

24/09/2026 18:43
Elm və təhsil
810 25
Hər şagirdə görə məktəbə vəsait ayrılacaq – Deputat yeni sistemin detallarını AÇIQLADI
691
Paylaşım sayı
960
Baxış sayı

Dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2026–2027-ci tədris ilindən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək. Yeni mexanizmə əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləği müəyyənləşdiriləcək və ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları tətbiq olunacaq. Eyni zamanda, bu prinsip əsasında maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrinin siyahısı və həmin məktəblərdə təhsil alanların sayı hər il müəyyən ediləcək.

Bəs adambaşına maliyyələşmə prinsipinin tətbiqi dövlət məktəblərinin fəaliyyətinə və təhsilin keyfiyyətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu mexanizm bir müddət bundan əvvəl ali məktəblərdə tətbiq olunurdu:

“İndi isə artıq ümumi təhsil müəssisələrində də bunun tətbiq olunduğunun şahidiyik. Yəni 2024-cü ildən başlayaraq dövlət büdcəsi və sair hesabına maliyyələşən məktəblərdə proses mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilir. Burada söhbət ondan gedir ki, adambaşına maliyyələşmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək. Burada həm də artım əmsalından söhbət gedir. Təbii ki, Nazirlər Kabinetinə də bu istiqamətdə tapşırıqlar verilib. Yəni hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına, habelə dövlət büdcəsindən maliyyələşdirmə prinsipləri və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiqi qaydalarının hazırlanması barədə tapşırıq verilib. Elm və Təhsil Nazirliyi də hər il dövlət təqvim ili üzrə büdcə formalaşdırılarkən bu məsələ üzərində işləməli və dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi də bu fərmanın icrasından irəli gələn tədbirləri həyata keçirəcək və dövlət büdcəsinin vəsaiti hesabına bu mexanizmin maliyyələşdirilməsini təmin edəcək. Ümumilikdə isə biz deyə bilərik ki, bu, yeni bir yanaşmanı özündə ehtiva edir. Yəni artıq ümumi təhsil məktəbləri də adambaşına maliyyələşmə sisteminə keçir. Yeni yanaşmada baxış və yanaşma bundan ibarətdir.

Qeyd etdiyimiz kimi, burada da ana hədəf və məqsəd adambaşına maliyyələşməyə keçid və bu istiqamətdə Elm və Təhsil Nazirliyinin işləməsi, addımlar atmasıdır. Prosedurları Nazirlər Kabineti hazırlayır, mexanizmləri müəyyənləşdirir, Maliyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyi bu siyahını təqdim edir və onun əsasında maliyyələşmə həyata keçirilir”.

Oxşarxəbərlər

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…
Elm və təhsil

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

23/10/2026 11:52
957
“Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir”
Elm və təhsil

“Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir”

22/10/2026 17:35
955
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”
Elm və təhsil

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
966
Bakıda dərs saatları dəyişdirilə bilər?
Elm və təhsil

Bakıda dərs saatları dəyişdirilə bilər?

20/10/2026 08:48
958
Məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Elm və təhsil

Məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər

17/10/2026 13:39
970
Nazir onu prorektor təyin etdi – FOTO
Elm və təhsil

Nazir onu prorektor təyin etdi – FOTO

16/10/2026 18:13
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan səhiyyəsinə ağır itki – FOTO

Azərbaycan səhiyyəsinə ağır itki – FOTO

23/10/2026 17:25
955
Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

23/10/2026 17:23
954
“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA

“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA

23/10/2026 17:17
957
Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT

Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT

23/10/2026 16:19
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
965

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
960

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.