Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məktəblərdə repetitorluqla bağlı YENİ TƏKLİF İRƏLİ SÜRÜLDÜ

21/08/2026 10:12
Elm və təhsil
829 8
Məktəblərdə repetitorluqla bağlı YENİ TƏKLİF İRƏLİ SÜRÜLDÜ
693
Paylaşım sayı
962
Baxış sayı

“Ölkəmizdə son illər təhsil sahəsində həyata keçirilən ən mühüm və effektiv yeniliklərdən biri yeni təmayül tədris modelinin tətbiqidir. Emin Əmrullayevin də çıxışlarında vurğuladığı kimi, bu modelin tətbiqi şagirdlərin akademik nailiyyətlərini artırmaqla yanaşı, eyni zamanda cəmiyyətin sosial çağırışlarına cavab verən mühüm addımdır. Yeni modelin tətbiqi ilə cəmiyyətimizdə yanlış təfəkkür kimi formalaşmış “məktəbin əsas vəzifəsi imtahana hazırlıqlı şagird yetişdirməkdir” yanaşmasının aradan qaldırılması ilə yanaşı, məktəbin bu istiqamətdəki mühüm öhdəliyini də daha effektiv şəkildə yerinə yetirməsi üçün əlverişli şərait yaranacaq”.

Gündəm24.az bildirir ki, bu fikirləri redaktor.az-a coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə səsləndirib.

““Məktəbin əsas funksiyası buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər hazırlamaq olmalıdırmı?” sualını versəniz, birmənalı şəkildə “xeyr” deyərdim. Kurikulum sənədində də qeyd edildiyi kimi, ümumi təhsil müəssisələri, yəni məktəblər, əldə etdiyi bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, problem həll edən, yaradıcı, məsuliyyətli və fəal vətəndaş yetişdirməlidir”.

Müsahibimiz yeni təmayül tədris modelinin tətbiqi zamanı tədrisin keyfiyyətini necə artırmaq, hansı metodlardan istifadə etməklə daha effektiv nəticələrin əldə edilməsi barədə fikirlərini bölüşdü:

 

O qeyd etdi ki, Azərbaycanda repetitorluq sistemi kifayət qədər geniş yayılıb və artıq müəyyən mənada kölgə təhsil sisteminə çevrilib:

“Hər il repetitor xidmətlərindən istifadə edərək yüksək nəticələr əldə edən şagirdlərin nəticələrində məktəbdən daha çox repetitorluq sisteminin payının olduğunu görürük. Bu isə onu deməyə əsas verir ki, repetitorların məktəbdənkənar dərs saatlarında tətbiq etdikləri hazırlıq mexanizmlərini təmayül tədris modeli tətbiq olunan məktəblərdə də tətbiq edə bilsək, son nəticədə bu modelin repetitorluq qədər uğurlu olmasına nail ola bilərik.

Repetitor yanında dərslər yalnız məktəb proqramları əsasında deyil, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarına hazırlıq proqramları və tələbləri əsasında təşkil olunur. Yəni bütün dərslərdə məktəb dərslikləri və nəzəri vəsaitlərlə yanaşı, Dövlət İmtahan Mərkəzinin və digər nəşrlərin test banklarından istifadə edilir”.

Ekspertin sözlərinə görə, hər bölmənin sonunda keçirilən KSQ və BSQ-ləri daha da ciddiləşdirərək sınaq imtahanı formatında yoxlamaların təşkil olunması məqsədəuyğun olardı:

“Əgər bu modelin repetitorluq qədər effektiv və məhsuldar olmasını istəyiriksə, müəyyən mənada məktəb proqramlarının çərçivəsindən kənara çıxmalı və müəllimlərə daha çox sərbəstlik verməliyik. Çünki indiyədək yalnız məktəb proqramları əsasında tədrisin bütün hallarda imtahanlara tam hazırlıqlı şagirdlər yetişdirmədiyinin şahidi olmuşuq. Yeni modelin tətbiqinə ehtiyac yaranmasının səbəblərindən biri də məhz budur. İndi isə yüksək nəticə göstərən repetitorların öz təcrübələrini məktəblərdə tətbiq etməsinə şərait yaratmalı və müəyyən mənada onların fəaliyyətinə müdaxilə edilməməlidir. Onlardan əsasən tədris ilinin sonunda nəticə tələb olunmalıdır. Tədris prosesinin təşkili mexanizmlərinin seçimində müəllimə sərbəstlik verilməli və ən əsası, müəllim və şagirdlər güclü maddi-texniki baza, eləcə də müasir əyani və virtual vəsaitlərlə təmin edilməlidir”.

T.Rzazadə təklif edir ki, yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərdə yüksək nəticə göstərən repetitorların və təcrübəli müəllimlərin effektiv tədris metodlarından istifadə edilməsinə şərait yaradılsın:

“Müəllimlərə tədris prosesinin təşkili və metodların seçimində daha geniş sərbəstlik verilsin, onların fəaliyyətinə həddindən artıq inzibati müdaxilələr məhdudlaşdırılsın və əsas diqqət əldə olunan nəticələrə yönəldilsin. Eyni zamanda, məktəblərdə DİM-in qəbul və buraxılış imtahanlarının tələblərinə uyğun əlavə test və sınaq mexanizmlərinin tətbiqi, müasir əyani və virtual tədris resurslarının əlçatanlığının artırılması təmin edilməlidir. Düşünürəm ki, müəllimə düzgün istiqamət, kifayət qədər sərbəstlik və lazımi resurslar verildiyi halda, məktəb təhsilinin nəticələrini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür. Əsas məqsədimiz isə yalnız yüksək bal toplayan deyil, həm də qazandığı bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, yaradıcı və məsuliyyətli şagird yetişdirmək olmalıdır. Çünki uğurlu məktəbin göstəricisi yalnız imtahan nəticələri deyil, məzunun gələcək həyata nə dərəcədə hazırlıqlı olmasıdır”.

Oxşarxəbərlər

Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? –  AÇIQLAMA  
Manşet

Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? –  AÇIQLAMA  

07/10/2026 17:15
1k
Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI
Elm və təhsil

Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI

07/10/2026 11:57
954
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Elm və təhsil

Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA

06/10/2026 17:29
957
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq – RƏSMİ
Elm və təhsil

1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq – RƏSMİ

06/10/2026 16:12
971
Məktəbli uşağı olan şəxslərə şad xəbər – Nazirlik açıqladı
Elm və təhsil

Məktəbli uşağı olan şəxslərə şad xəbər – Nazirlik açıqladı

06/10/2026 12:35
954
“Müəllimlərin işi azalmayıb, əksinə artıb”
Elm və təhsil

“Müəllimlərin işi azalmayıb, əksinə artıb”

05/10/2026 11:32
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
980
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
972
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
972

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.