Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Süni intellekt Azərbaycan təhsilində: “OpenAI” ilə yeni üçillik əməkdaşlıq

23/09/2026 10:55
Elm və təhsil
772 58
Süni intellekt Azərbaycan təhsilində: “OpenAI” ilə yeni üçillik əməkdaşlıq
687
Paylaşım sayı
954
Baxış sayı

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.

 Gündəm24.az  Musavat.com-a istinadən xəbər verir ki, sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.

Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.

Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standart və metodiki yanaşmaların hazırlanması nəzərdə tutulur.

Əməkdaşlığın əsas istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Yeni imkanların müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının formalaşdırılması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək göstərməsi nəzərdə tutulur. Bununla müəllimlərin hazırlıq və inzibati işlərə sərf etdiyi vaxtın optimallaşdırılması və şagirdlərlə birbaşa işə daha çox vaxt ayırmaları hədəflənir.

Bununla yanaşı, müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün süni intellekt üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. “Təlimçilərin təlimi” proqramı vasitəsilə süni intellekt sahəsində yerli mütəxəssis və təlimçi potensialının gücləndirilməsi nəzərdə tutulur.

Tərəflər həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.

Oxşarxəbərlər

Dərslər onlayn keçiriləcək – Nazirlik məlumat yaydı
Elm və təhsil

Dərslər onlayn keçiriləcək – Nazirlik məlumat yaydı

22/09/2026 15:53
975
Bakıda məktəb bağlandı: “Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib”
Elm və təhsil

Bakıda məktəb bağlandı: “Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib”

21/09/2026 19:54
960
UNEC rektoru: Ali təhsil haqqında səsli düşüncələr – Müzakirə təklifi
Elm və təhsil

UNEC rektoru: Ali təhsil haqqında səsli düşüncələr – Müzakirə təklifi

21/09/2026 17:49
955
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru
Elm və təhsil

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru

19/09/2026 13:48
961
UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib
Elm və təhsil

UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib

19/09/2026 12:33
961
MÜTDA-dan bağça müəllimləri üçün mühüm açıqlama
Elm və təhsil

MÜTDA-dan bağça müəllimləri üçün mühüm açıqlama

19/09/2026 00:20
967

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əməliyyatdan sonra üzünün iflic olduğunu iddia edir: “Gözlərim yumulmur”

Əməliyyatdan sonra üzünün iflic olduğunu iddia edir: “Gözlərim yumulmur”

23/09/2026 12:45
956
Uzun illərdən sonra efirə qayıdır

Uzun illərdən sonra efirə qayıdır

23/09/2026 12:09
956
Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

23/09/2026 12:02
954
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

23/09/2026 12:01
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In