Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi AÇIQLANDI

16/09/2026 13:58
Gündəm
823 9
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi AÇIQLANDI
688
Paylaşım sayı
956
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.

Bakı Şəhər Halqasından Musavat.com-a verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.

2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

“2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.

Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”, – deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qeyd edib ki, 2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır:

“Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.

Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm — gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır.

Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”.

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabrda keçiriləcək.

Oxşarxəbərlər

“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti
Gündəm

“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti

17/09/2026 16:30
956
Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı
Gündəm

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

17/09/2026 13:07
954
Emin Əmrullayev ƏMR İMZALADI
Gündəm

Emin Əmrullayev ƏMR İMZALADI

16/09/2026 20:33
957
“Bank of Baku”nun vəzifəli şəxsi CƏRİMƏLƏNDİ
Gündəm

“Bank of Baku”nun vəzifəli şəxsi CƏRİMƏLƏNDİ

16/09/2026 19:58
957
“Camaat əziyyət çəkir, karta limiti kim qoyub?”
Gündəm

“Camaat əziyyət çəkir, karta limiti kim qoyub?”

16/09/2026 16:31
957
Kursantlar “Polis andı”nı qəbul etdilər – VİDEO/FOTOLAR
Gündəm

Kursantlar “Polis andı”nı qəbul etdilər – VİDEO/FOTOLAR

15/09/2026 18:38
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

TƏCİLİ! DTX əməliyyat keçirdi – “Sumqayıt camaatı” adlı qruplaşma zərərsizləşdirildi

TƏCİLİ! DTX əməliyyat keçirdi – “Sumqayıt camaatı” adlı qruplaşma zərərsizləşdirildi

18/09/2026 10:20
953
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

18/09/2026 09:55
953
Həftəsonu bu şəxslərə şad xəbər – TƏCİLİ

Həftəsonu bu şəxslərə şad xəbər – TƏCİLİ

18/09/2026 09:40
960
Qaz, işıq, su tarifləri ilə bağlı yeni xəbər – İlin sonunadək…

Qaz, işıq, su tarifləri ilə bağlı yeni xəbər – İlin sonunadək…

18/09/2026 09:30
959

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
953

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
958

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Qərbi Azərbaycanın sirli kəndi – Qoşavəngin qədim tarixi

Qərbi Azərbaycanın sirli kəndi – Qoşavəngin qədim tarixi

15/09/2026 08:38
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.