Çərşənbə axşamı, İyul 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Amnistiya aktının icrasına başlanıldı

22/12/2025 09:05
Gündəm
67 1
Amnistiya aktının icrasına başlanıldı
86
Baxış sayı

Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb.

Gündəm24.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, bu saatlardan etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilir.

Bu, ən böyük amnistiya aktı hesab olunur. 20 min məhkuma şəmil ediləcək sənədə əsasən 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.

Həmçinin azadlıqdan məhrum etmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.

Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir.

Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir.

00:47

Bu gün, dekabrın 22-də Amnistiya aktının icrasına başlanacaq.

Gündəm24.az xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək.

Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
55
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
58
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir – ŞOK SƏBƏB

Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir – ŞOK SƏBƏB

14/07/2026 14:02
56
Yük avtomobilində YANĞIN

Yük avtomobilində YANĞIN

14/07/2026 13:44
52
Zaur Nəbioğluya vəzifə verildi

Zaur Nəbioğluya vəzifə verildi

14/07/2026 13:38
57
Babək prospektində yanğın başladı – FOTOLAR

Babək prospektində yanğın başladı – FOTOLAR

14/07/2026 13:24
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
57

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.